Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda tutulan İbrahim Eker: - “Fətullah Gülən tam bir terrorçudur...”

Ötən həftə Bakıda tutulan və Türkiyəyə təhvil verilən fətullahçı, "Zaman” qəzetinin Bakı mətbəəsinin rəhbəri olmuş İbrahim Ekerin barəsində həbs qətimkan tədbiri seçilib

Türkiyə KİV-ləri xəbər verir ki, Eker məhkəmədən həbsxanaya göndərilib. Onun məhkəmədə dindirmə zamanı verdiyi ifadənin bəzi detalları məlum olub.

Eker Türkiyədə silahlı terror təşkilatı kimi tanınan Fətullah Gülən təriqətini "camaat” olaraq tərif edib. Habelə bu təriqətin tərəfdarı olduğunu təsdiqləyib. Bununla belə ailəsinin Azərbaycanda "zərərçəkən durumunda olduğunu” deyib. Habelə Fətullah Gülən barədə suala "onu tam olaraq bir terrorçu kimi qəbul edirəm” cavabını verib.

Xatırladaq ki, ötən bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-yə müsahibəsində Azərbaycandan FETÖ-nün "lider statusundakı şəxsinin” təhvil verildiyini bildirib. "Sağ olsun qardaşım İlham Əliyev, həmin çox-çox önəmli şəxsi bizə təhvil verdi”-Ərdoğan deyib. Türkiyə prezidentinin İbrahim Ekeri nəzərdə tutduğu təxmin edilir. (virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb

İsrailli fəallar BMT TŞ-da çıxış edən Lavrovun çıxışını dayandırmağa çalışıb

Ən çox oxunanalar