Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda talassemiya xəstələrinin sayı xeyli azalıb

Ölkəmizdə 3500-ə yaxın talassemiyalı xəstə var və onlardan 1200-ü qan transfuziyasından asılı olanlardır. Son dörd ildir ki, nikaha daxil olan cütlüklər tibbi müayinədən keçirlər

Həmin müayinələr nəticəsində hər il təxminən 200-ə yaxın talassemiya xəstəsi qeydə alınırdı. Lakin son statistikaya görə, həmin rəqəm azalaraq 90-100 nəfərə düşüb. Bu, talassemiya xəstələrinin sayının xeyli dərəcədə azaldığını göstərir.

Bu sözləri Talassemiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibəsində deyib.

“Talassemiya xəstələrinin sayının azalmasında maarifləndirici və profilaktik tədbirlərin də rolu var. Mərkəzimiz bununla əlaqədar olaraq mütəmadi tədbirlər keçirilir"

Valeh Hüseynov talassemiyadan ölüm hallarının qarşısının alınması üçün vaxtında müayinədən keçməyin və diaqnoz qoyulmasının vacibliyini diqqətə çatdırıb: “Əgər pasiyent vaxtında mərkəzə müraciət edərsə və xəstəlik aşkarlanarsa, o zaman lazımi tədbirlər görüləcək və daim nəzarətdə olacaq. Yaşı 50-dən çox olan talassemiya xəstələri var. Onlar da sağlam insanlar kimi ailə qura, övlad sahibi ola bilirlər. Ümumiyyətlə, talassemiyanı xəstəlik yox, yaşam tərzi kimi qəbul etmək lazımdır”.

V.Hüseynov mərkəzdə artıq bir neçə ildir sümük iliyi transplantasiyasının həyata keçirildiyini diqqətə çatdırıb. O, bildirib ki, bu günədək 75-dən çox sümük iliyi transplantasiyası icra olunub. İcraçı direktor gələcəkdə xəstələrin donor problemlərini həll etmək üçün tək qohumluq transplantasiyasının deyil, eyni zamanda, beynəlxalq donor registrlərinə qoşularaq ölkəmizdə sümük iliyi və donor bankının yaradılmasının planlaşdırıldığını deyib.(AzərTac)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Ən çox oxunanalar