Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AzTV teletamaşa ənənəsinin bərpa edir, yeni filmlər çəkiləcək - siyahı

Azərbaycan Dövlət Televiziyasında (AzTV) tamaşaçıların zövqünü oxşayan, nostalji duyğular aşılayan film-tamaşalar ənənəsi uzun fasilədən sonra bərpa olunur

Bununla bağlı Musavat.com-a AzTV-dən verilən məlumata görə, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin yeni direktoru, xalq artisti, rejissor Ramiz Həsənoğlu bu vəzifəyə təyin edildikdən sonra sözügedən istiqamətdə işlərə start verilib.

Məlumatda deyilir ki, artıq filmlərin siyahısı da dəqiqləşib. Bu qəbildən “Yeni il” adlanan ilk teletamaşanın yazıçı Elçinin “Gül dedi bülbülə” hekayəsinin motivləri əsasında çəkiləcəyi planlaşdırılır və artıq müəlliflə danışıqlara başlanılıb. Ekran əsərləri arasında böyük Azərbaycan şairi, dahi mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə ithaf olunan sənədli televiziya filmi də var. “Son gecə” adlanacaq film Rəsul Rzanın Nəsimiyə həsr olunmuş poemasının motivləri əsasında ölməz şairin edamından əvvəlki son gecə haqqındadır. İl ərzində “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi tərəfindən yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunan “Mirzə Cəlil”, Cəfər Cabbarlının keşməkeşli həyatından bəhs edən 10-15 seriyalı, Anarın ssenarisi əsasında “Azad bir quş idim”, həmçinin Şah İsmayıl, Şah Təhmasib, Uzun Həsən və digər nüfuzlu tarixi şəxsiyyətlərin həyatına həsr olunan “Fatehlərin divanı” kimi çoxseriyalı filmlər də ekranlaşdırılacaq.

YUNESKO tərəfindən Ümumdünya Mədəni İrs siyahısına daxil edilmiş xalqımıza məxsus qeyri-maddi mədəniyyət abidələrinə həsr olunan sənədli televiziya filmləri də tamaşaçıların ixtiyarına veriləcək. “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin 2019-cu il üçün tematik planında görkəmli incəsənət və elm xadimləri, həmçinin yazıçı- şairlərin həyat və yaradıcılığından bəhs edən bədii sənədli televiziya filmlərinin çəkilməsi də nəzərdə tutulur. (musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Prezident və birinci xanım Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə tanış olublar - Yenilənib

Ən çox oxunanalar