Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beyləqan al-əlvan rənglərə boyanacq - İcra başçısı boya satır...

Asif Ağayev də sələfinin yoluyla gedib “qəribə addımlar” atmağa başlayıb

Rayon mərkəzini başdan başa al-əlvan rənglərlə boyamağa qərar verən icra başçısı bu məqsədlə rayona yaxın dostunun şirkəti vasitəsi ilə çoxlu boya gətirdib və hazırda həmin boyaları büdcə təşkilatlarına satır.

Beyləqanda qəribə işlər baş verir. PİA.az-a rayondan daxil olan məlumatda bildirilir ki, Beyləqanın icra başçısı Asif Ağayev büdcə idarələrinə məcburu boya satdırır.

Qeyd edək ki. Beyləqan rayonu həmişə ölkə mətbuatının diqqət mərkəzində olur. Asif Ağayevdən əvvəl Beyləqan rayonuna rəhbərlik edən Vaqif Abdullayev də bir qayda olaraq “qəribə addımları” həmişə ölkə mətbuatının diqqətini cəlb edirdi. Gözləntilərin əksinə olaraq Asif Ağayev də sələfinin yoluyla gedib “qəribə addımlar” atmağa başlayıb.

Beyləqandan PİA.az-a daxil olan məlumatda bildirilir ki, Beyləqanın icra başçısı Asif Ağayev yaronda boya alverinə başlayıb. Belə ki, icra başçısı rayonun idarə və müəssisələrini ona yaxın olan şitrkətdən boya almağa məcbur edir və icra başçısı həmin boyalarının qutusunu 60 manatdan idarə və müəssisələrə satır. Qeyd edək ki, həmin boyalar rayonun abadlıq və quruculuq işlərində istifadə olunmalıdır.

Apardığımız araşdırma nəticəsində məlum olub ki, Beyləqan icra hakimiyyətinə gətirilən boyaları Asif Ağayevə yaxın olan bir iş adamı rayona gətirib.

Beyləqandan verilən məlumata görə yaxın zamanda Azərbaycan prezidenti İlham Əlivevin Beyləqana səfəri gözlənilir. Elə bu üzdən də Asif Ağayev rayonu abadlaşdırmaqla məşğuldur. Rayon mərkəzini başdan başa al-əlvan rənglərlə boyamağa qərar verən icra başçısı bu məqsədlə rayona yaxın dostunun şirkəti vasitəsi ilə çoxlu boya gətirdib və hazırda həmin boyaları büdcə təşkilatlarına satır. Büdcə təşkilatları da həmin boyaları almalı və royonu boyamalıdırlar.

Başqa bir mənbənin PİA.az-a verdiyi məlumata görə Asif Ağayev prezidentin səfəri öncəsi rayondakı iş adamlarından vəsait yığdırıb. Həmin vəsaitlərin hara sərf olunacağını hələ ki, heç kim bilmir.

Bundan başqa başçı rayon daxili yolların asfaltlanması tenderini öz yaxın adamı olan 35 saylı Yol İstismar İdarəsinə verib. Məlumata görə 35 saylı Yİİ-nin müdiri Əliqulu Babaşov Asif Ağayevin biznes ortaqlarından biridir. Bu barədə ətraflı yazımızı növbəti günlərdə oxuyacaqsınız.

Bu yazıda bəhs edilən məsələlərlə bağlı qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Ən çox oxunanalar