Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampin Suriya kürdlərinin qadın lideri ilə 15 dəqiqəlik “təsadüfi görüş”ü…

“İlyarım öncə Vaşinqtonda işləməyə başladığım zaman yazdığım ilk yazılardan biri həmin günlərdə PYD-nin Vaşinqton təmsilçisi olan İlham Əhməd haqqında idi”

Bu sətirlər “Habertürk”ün Vaşinqton təmsilçisi Sərdar Turqutun 01 fevral 2019-cu il tarixində dəc olunmuş yazısındandır.

Müəllif bildirir ki, məqsədi oxucuların həmin qadını tanımaları və onun burada təmsilçi olmasının Türkiyə baxımından mənasının nə olduğunu anlatmaq idi: “Tanıdığım qədəri, PYD-nin Vaşinqton təmsilçisi olan İlham Əhməd tipik bir PKK fəalı idi və bunu heç gizlətmirdi. ABŞ rəhbərliyi ilə əlaqələri çox yaxşı idi. Vaşinqton rəsmi olaraq terrorçu elan etdiyi bir təşkilatın fəalı ilə əlaqə qurmaqda problem görmürdü.

İlham Əhməd həftədə ən azı bir gün Ağ Evə gedir və prezidentin adamları ilə görüşürdü. Onun Suriyaya gəlib-getməsini də Pentaqon təşkil edir, ABŞ hərbi təyyarələri ilə uçurdu”.

Sərdar Turqut vurğulayır ki, həmin günlərdə qurulan əlaqələrin hamını gətirib çıxardığı nöqtə, məlum olduğu kimi, təsadüfi deyil: “Bu üzdən, dünən (31 yanvar nəzərdə tutulur-red.) prezident Trampın Vaşinqtonda öz otelində İlham Əhmədlə sanki təsadüfən qarşılaşması və onunla 15 dəqiqə söhbət etməsi bir çoxları üçün sürpriz ola bilər, lakin mənim üçün qətiyyən olmadı. Çünki bu, təsadüfi qarşılaşma deyildi. Sadəcə, prezidentin adamları bu görüşü elə “təsadüfi görüş” kimi təşkil etmişdilər. Tramp, öz otelinə bəzi senatorlarla yeməkli görüş üçün gəlmişdi, İlham Əhməd də oraya gətirildi və bu görüş baş tutdu.

Mənim qaynaqlarım, o “təsadüfi görüş”də ABŞ-ın öz hərbçilərini Suriyadan geri çəkməsi haqqında qərar verməsindən sonra nələrin olacağı barədə söhbət getdiyini və İlham Əhmədin YPG üzvlərinin necə qorunacağını öyrənmək istədiyini söyləyirlər”.

Müəllif qaynaqlarının verdiyi xəbərə istinadən bildirir ki, prezident Tramp PYD fəalına təşkilatın Suriya rejimi ilə görüşməsinə qarşı çıxmayacaqlarını da söyləyib: “Anlayacağınız odur ki, ABŞ rəhbərliyi regionumuzda, həmişə anlatmağa çalışdığım kimi, əməlli-başlı Rusiyanın arxasına düşmüş durumdadır.

Ona görə də, dünən (yenə yanvarın 31-i nəzərdə tutulur-red.) Moskvaya gedən Türkiyə nümayəndə heyətinin keçirəcəyi görüşlər və “Astana üçlüyü”nün fevral ayı içində keçirəcəyi zirvə görüşü çox önəmli hala gəlmiş durumdadır. Belə ki, bu görüşlər tıxanma nöqtəsinə gəlmək üzrə olan bəzi proseslərin önünü açmağa müvəffəq ola bilər”.

Sərdar Turqut sonda qeyd edir ki, Vaşinqton verdiyi görüntülərlə nəyi, nə qədər edəcəyini çoxdan göstərmiş durumdadır: “Görünür, iş əsasən Türkiyə ilə Rusiya tərəfindən, İranın da dəstəyi alınaraq, həll ediləcək”.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay