Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avronestdə islahatlar və demokratiya məsələləri müzakirə olunacaq

Milli Məclisin (MM) Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova, deputatlar Cavanşir Feyziyev, Azər Kərimli, Məlahət İbrahimqızı, Tahir Mirkişili qurumun komitələrinin iclaslarında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə səfər edəcək

MM-ın verdiyi məlumata görə, Sosial məsələlər, məşğulluq, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsi ilə İqtisadi inteqrasiya, hüquqi normaların uyğunlaşdırılması və Avropa İttifaqı siyasəti ilə yaxınlaşma komitəsinin birgə iclasında “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində təhsil sahəsində innovasiya və islahatlar: problemlər və imkanlar”, “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi artımın stimullaşdırılması məqsədi ilə rəqəmsallaşdırmanın asanlaşdırılması” mövzularında müzakirələr keçiriləcək.

Enerji təhlükəsizliyi və Siyasi məsələlər, insan hüquqları və demokratiya komitələrinin birgə iclasında “Energetika sahəsində birgə yanaşma və uyğunlaşma”, “Şərq tərəfdaşlığı ölkələrində dövlət qurumlarının səmərəliliyi və demokratiyanın möhkəmləndirilməsi vasitəsi kimi parlament nəzarəti” mövzuları ətrafında fikir mübadiləsi aparılacaq.

Deputatlarımız komitə iclasları ilə yanaşı, Belarusa dair işçi qrupunun iclasına da qatılacaqlar.
Nümayəndə heyətimizin üzvləri yığıncaqlarda qaldırılan məsələlərə dair öz fikirlərini açıqlayacaqlar.

Səfər yanvarın 31-də başa çatacaq. (oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib    

Ən çox oxunanalar