Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tufan nəticəsində Neft Daşlarında meydança çökdü - Rəsmi açıqlama

17-18 yanvar tarixlərində hava şəraitinin kəskinləşməsindən sonra dəniz yataqlarında normal iş rejimi artıq bərpa olunub

Bu barədə SOCAR-ın rəsmi sayıtnda məlumat yerləşdirilib.

Kəskin hava şəraiti ilə əlaqədar proqnozlara uyğun daha əvvəl təxliyyə edilən 2500-dən çox SOCAR əməkdaşı hazırda dənizdəki iş yerlərinə qaytarılıb.

Hava şəraitinin sabitləşməsindən sonra dəniz yataqlarında qasırğanın yaratdığı fəsadların araşdırılması və qiymətləndirilməsi davam etdirilir.

Bu ana qədər toplanmış məlumatlara əsaslanaraq məlum olub ki, önləyici tədbirlər insan tələfatının qarşısını alıb və iqtisadi itkiləri minimuma endirib.

Fəsadların qısa perspektivdə ümumi məhsul itkisinə və illik hasilat göstəricilərinə təsiri qiymətləndirilir və uzunmüddətli perspektivdə SOCAR-ın dənizdə aparılan neft-qaz əməliyyatlarında etibarlılığın və effektivliyinin artırılması məqsədi ilə öyrənilmiş dərslərdən nəticə çıxarılmaqdadır.

Əraziyə baxış keçirilərkən müəyyən edilib ki, "Neft Daşları” NQCİ-nin istehsalat ərazisində, "Palçıq-pilpiləsi” yatağında 1967-ci ildə istismara verilmiş 1047 saylı meydança çökmüş, Neft Daşlarının II, III və IV mədən ərazilərində meydançalararası yolun köhnə, istifadə olunmayan hissəsi dağılıb.

Nərimanov NQÇİ-də bəzi iş və məişət otaqlarının dam örtükləri külək nəticəsində dağılmış, 588 saylı meydançadan 730 saylı meydançaya gələn neft-qaz xətti yüngül zədələnmişdir. Digər yataqlarda belə hallar aşkar olunmayıb.

Hazırda tufan nəticəsində yaranan fəsadların aradan qaldırılması tədbirlərinə başlanıb.

Qeyd edək ki, yanvarın 17-dən 18-nə keçən gecə şiddətli qasırğa nəticəsində dənizdə küləyin sürəti saatda 140-150 km həddinə çatmış, dalğaların hündürlüyü bəzi yerlərdə 10 metrdən çox olmuşdur. Qasırğalı hava şəraiti ilə bağlı risklərin öncədən dəqiq qiymətləndirilməsi və genişmiqyaslı qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində insan tələfatının qarşısı alınmış, böyük iqtisadi itkilərə yol verilməmiş, gündəlik qaz təchizatında və neft emalı zavodlarının xammalla təminatında heç bir problem yaranmayıb.

SOCAR bundan sonra da hava şəraiti ilə bağlı verilən hava proqnozuna uyğun riskləri dəyərləndirəcək və vacib önləyici tədbirləri görəcəkdir. (Hurriyyet.org)
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Ən çox oxunanalar