Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Məmmədov: Paşinyan Rusiyaya öz ərazisində hər hansısa bir funksiyanın verilməsinə qəti qarşıdır...

Paşinyan iddia edir ki, 9-cu maddədə Ermənistan ərazisindən keçən yolun təhlükəsizliyinin üçüncü ölkə tərəfindən təmin olunması da nəzərdə tutulmayıb...

Siyasi-şərhçi: “Görünən odur ki, Ermənistan Rusiyaya öz ərazisində, əsasən də “Zəngəzur dəhlizi”ndə hər hansısa bir funksiyanı vermək niyyətində deyil və hər bir vəchlə Paşinyan bunun mesajını verir”.

Azərbaycan Prezidenti də ADA universitetində keçirilən konfransda bildirib ki, rəsmi Bakı üçün əsas manesəsiz keçiddir və beynəlxalq nəzarət altında təhlükəsizlik qarantiyalarıdır. Burda artıq xüsusi olaraq Rusiyanın rolu qeyd edilmir, ancaq beynəlxalq səviyyədə hər hansısa bir formatda bu təhlükəsizliyin qorunması deyilir”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Ermənistanın Baş nazirinin dünənki açıqlamasını Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Ermənistanın baş naziri Nikol Paşinyan Üçtərəfli Bəyanatı şərh edib və bildirib ki, Bəyanatın 9-cu maddəsi heç də Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpa olunmasından bəhs etmir. Paşinyana görə 9-cu maddə ümumiyyətlə Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin bərpasını özündə ehtiva edir.

Eyni zamanda Paşinyan iddia edir ki, 9-cu maddədə Ermənistan ərazisindən keçən yolun təhlükəsizliyinin üçüncü ölkə tərəfindən təmin olunması da nəzərdə tutulmayıb. Paşinyan bildirib ki, 9-cu maddədə bu barədə heç bir şey yazılmayıb.

Ermənistanın baş nazirinin Üçtərəfli Bəyanatla bağlı bu şərhlərini Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Azərbaycan Prezidentinin də Rusiya səfəri çərçivəsində ən çox danışılan mövzular nəqliyyat kommunikasiya olub. Bu gün də Putinlə Paşinyan görüşəcək və əminəm ki, bu məsələ ən ciddi müzakirə olunan məsələlərdən biri olacaq”.

“Zəngəzur dəhlizi” ətrafında yaranan problemlərin Rusiya-Ermənistan münasibətlərindən və Ermənistan hakimiyyətin siyasi iradəsindən asılı olacağını nəzərə çatdıran ekspert Poliqon-a açqıalamasında qeyd edib ki, Azərbaycanın haqlı şərtləri hansısa formada həyata keçiriləcək:

“Görünən odur ki, Ermənistan Rusiyaya öz ərazisində, əsasən də “Zəngəzur dəhlizi”ndə hər hansısa bir funksiyanı vermək niyyətində deyil və bunu hər bir vəchlə Paşinyan çatdırır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Prezidentinin də Rusiya səfəri çərçivəsində ən çox danışılan mövzular nəqliyyat kommunikasiya olub. Bu gün də Putinlə Paşinyan görüşəcək və əminəm ki, bu məsələ ən ciddi müzakirə olunan məsələlərdən biri olacaq.

Ermənistan hər bir vəchlə Rusiyaya öz ərazisində hər hansısa bir funksiyanın verilməsinə qəti qarşıdır. Azərbaycan Prezidenti də ADA universitetində keçirilən konfransda bildirmişdi ki, Azərbaycan üçün əsas maliyyəsiz keçitdi və beynəlxalq nəzarət altında təhlükəsizliyi qarantiyalarıdır. Burda artıq xüsusi olaraq Rusiyanın rolu qeyd edilmir, ancaq beynəlxalq səviyyədə hər hansısa bir formatda bu təhlükəsizliyin qorunması deyilir.

Biz dəfələrlə qeyd edirdik ki, bu məsələ Rusiya-Ermənistan münasibətlərindən və Ermənistan hakimiyyətin siyasi iradəsindən asılı olacaq. Yəni Azərbaycanın haqlı şərtlərini hansı formada həyata keçiriləcək.

Fərhad Məmmədov: “Zəngəzur dəhlizi” açılması həm də Ermənistanın Rusiyadan olan iqtisadi asılılığını ortadan qaldıra biləcək ən əsas layihədir”.

Birinci və ən əsas məsələ Azərbaycanın Naxçıvana maneəsiz keçidini təmin etməkdir. Bu da ancaq “Zəngəzur dəhlizi” vasitəsi ilə mümkündür.

Digər məsələ isə beynəlxalq təhlükəsizlik qarantiyaları hansı formada, hansı təşkilat, şirkət və yaxud dövlət vasitəsi ilə bunu həyata keçirilməsidir. Bu da bir daha qeyd edim ki, bu Ermənistan rəhbərliyinin siyasi iradəsindən və qərarlarından asılı olacaq.

Onu da qeyd edin ki, Azərbaycan prezidentinin də vurğuladığı kimi “Zəngəzur dəhlizi” açılmadan Ermənisanla nəqliyyat əlaqələri bərpa olunmayacaq. Ona görə də, əgər Paşinyan öz iqtisadi layihələrini, o cümlədən “Sülh qovşağı” layihəsinin həyata keçməsini istəyirsə, o zaman tələsməlidir.

“Zəngəzur dəhlizi” açılması həm də Ermənistanın Rusiyadan olan iqtisadi asılılığını ortadan qaldıra biləcək ən əsas layihədir. Hesab edirəm ki, bunu Paşinyan hakimiyyətində də çox yaxşı başa düşürlər. Lakin “Zəngəzur dəhlizi” üzərindən Rusiya faktorunu çıxarmaq üçün, görünür Ermənistana vaxt və daxili təhlükəni dəf etmək lazımdır. Düşünürəm ki, İrəvan artıq bu məsələnin üzərində bütün ciddiyyəti ilə çalışır”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Əməkdar artist vəfat edən xanımından danışdı

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

Qəbiristanlığı bəzəyən dəbdəbəli məzar daşları: Bəs dini baxımdan düzgündürmü? - Açıqlama

Ən çox oxunanalar