Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vurduğu piyadanı yol kənarına atıb qaçan sürücü saxlanılıb - Yenilənib

Yanvarın 12-də saat 21 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Sabunçu qəsəbə sakini 18 yaşlı İntiqam Məmmədov vurulub

Sabunçu Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Eldar Əliyev saxlanılıb.

DİN Mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, qəzadan sonra sürücü piyadanı hadisə şahidlərinin köməkliyi ilə idarə etdiyi avtomobilə mindirib və onu xəstəxanaya aparacağını bildirib. Amma sürücü hadisə yerindən bir neçə yüz metr kənarlaşandan sonra piyadanı maşından düşürüb. Daha sonra isə E.Əliyev huşu özündə olmayan zərərçəkəni köməksiz vəziyyətdə yol kənarına ataraq oradan uzaqlaşıb.

Zərərçəkənin yaxınları Sabunçu Rayon Polis İdarəsinə məlumat verəndən sonra piyadanın axtarışlarına başlanılıb. İ.Məmmədov qəzanın səhəri günü polislər tərəfindən yaralı halda atıldığı yerdən tapılaraq xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti ağır olaraq qalır.

İstintaq zamanı o da müəyyən olunub ki, E.Əliyev bir neçə il əvvəl piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətdiyi üçün məhkəmənin qərarı ilə məhkum olunub.

Qeyd olunan faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1 (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

***

Bakıda avtomobillə piyadanı vurub qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, yanvarın 12-də saat 21 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Sabunçu qəsəbə sakini İntiqam Məmmədov vurulub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib.

Sabunçu rayon Polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Sabunçu qəsəbə sakini Eldar Əliyev saxlanılıb.
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay