Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mirşahin QHT rəhbərinin oğlunu tutdurub

Bakıda QHT rəhbərinin oğlu sosial şəbəkədə jurnalist Mirşahin Ağayev haqqında yazdığı fikirlərinə görə polis tərəfindən saxlanılıb

Bu barədə Unikal.org-a Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin sədri Məlahət Abbasova məlumat verib.

O, bildirib ki, oğlunu Sabunçu Rayon 12-ci Bölməsinin əməkdaşları dünən gecə yaşadığı evdən bölməyə apararaq saxlayıblar:

“Gecə polislər Sabunçu qəsəbəsi, Dilqəm Kişvəri küçəsi, döngə 4,ev 2 A ünvanında olan mənzilimizə gələrək oğlum 1994-cü il təvəllüdlü Abbasov Məhəmmədəli Şəmsəddin oğlunu bölməyə apardılar.Gecədən bu saatlara kimi oğlumu polisdə saxlayıblar.Cinayət işi açıb-açmadıqları barədə bölmədən bizə məlumat verməyiblər.Səbəb onu göstərirlər ki, oğlum sosial şəbəkədə olan qruplardan birində jurnalist Mirşahin Ağayev haqqında xoşagəlməz söz yazıb.

Mənim oğlum tərbiyəli gəncdir, kimisə təhqir edəcəyini düşünmürəm.Mən də oğlumdan soruşdum dedi ki, ana dəqiq xatırlamıram.Ola bilər Mirşahin haqqında paylaşımın rəy bölümünə gülüş işraəsi qoymuşdum onu nəzərdə tuturlar.Ya da kimsə paylaşıma Mirşahin haqqında təhqir yazmışdı, mən də altına rəhy yazmışdım ki, ona bu da azdır.Yəgin onu nəzərdə tuturlar.Mən onu qeyd edim ki, oğlum təhqir yazmayıb, burada cinayət tərkibi yoxdur. Mən aidiyyatı orqanlardan xahiş edirəm ki, oğlumun azad olunması ilə bağlı mənə kömək etsinlər”.

pia.az


Etiket: Mirşahin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib    

Ən çox oxunanalar