Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu şirkətlər qaydaları pozur – Siyahı

“Teleradio məkanında dil normalarının pozulması hallarına reklamlarda daha çox rast gəlinir”

“Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) monitorinq qrupunun üzvü, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Təranə İsmayılova “Xalq qəzeti”ndə dərc olunan məqaləsində bildirib.

Monitorinq qrupunun üzvünün sözlərinə görə, nəzərə alınmalıdır ki, ekran və efirdə dəfələrlə görüntülənən və eşitdirilən reklam mətnini zaman keçdikcə tamaşaçı və dinləyici bir norma, ədəbi fakt kimi qəbul edir: “Bu səbəbdən reklamların dil xüsusiyyətlərinə diqqət yetirmək çox vacib məsələdir. Çox təəssüf ki, efir-ekran reklamlarının ədəbi dil normalarına uyğun olanları yox dərəcəsindədir”.

O bildirib ki, reklam mətnlərinin üzərində təsadüfi tərcüməçilər çalışır və ortaya bu sayaq qeyri-peşəkarlıq nümunələri çıxır: “Dilin qrammatik xüsusiyyətlərini bilmədən rus və ingilis dillərindən tərcümə edilən reklam mətnlərində əcaib, anlaşılmaz ifadə və sözlərin yaratdığı mənalar çox gülünc səslənir. Narahatlıq doğuran hallardan biri də reklam edilən məhsulların adlarının əcnəbi dildə (orijinalda olduğu kimi) yazılaraq tamaşaçıya göstərilməsidir. Reklamlarda göstərilən “Express kredit”, “Head & Shoulders”, “Melissa Group”, “Biopower”, “Mr. Fix”, “Dulce Gold” və s. kimi söz və ifadələrin yazılışı dilimizin imla qaydalarına uyğun deyil”. (report.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Pentaqon Çinin "Sinovac" peyvəndinin diskreditasiyası ilə məşğul olduğunu etiraf edib

Borrell Çinin xarici işlər naziri ilə görüşüb

Anasını bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb - Yenilənib

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Ağstafada avtomobil qəzasında yaralanan 5 nəfərin kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar