Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın bank sektorunun xalis mənfəəti 2 dəfədən çox azalıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-oktyabr aylarını 238 mln. manat xalis mənfəətlə başa vurub

PİA.AZ Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56,7% və yaxud 2,3 dəfə azdır.

10 ay ərzində bank sektorunun faiz gəlirləri 1 445,2 mln. manat, faiz xərcləri 489,3 mln. manat, qeyri-faiz gəlirləri 445,2 mln. manat, qeyri-faiz xərcləri isə 819,4 mln. manat təşkil edib. Son nəticədə sektorun xalis əməliyyat mənfəəti 581,8 mln. manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə bank sektorunun faiz gəlirləri 8,7%, faiz xərcləri 33,95%, qeyri-faiz gəlirləri 46,3% azalıb, qeyri-faiz xərcləri isə əksinə, 3,8% artıb. Bankların xalis əməliyyat mənfəəti isə bir ildə 33,95% azalıb.

Hesabat dövründə banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 315,4 mln. manat ayırıblar, 27,9 mln. manat mənfəət vergisi ödəyiblər. Ötən ilin eyni dövrü ilə müqayisə edəndə məlum olur ki, son 1 ildə bankların aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayrıdığı vəsait 1,9%, ödədikləri mənfəət vergisi 11,15% artıb.

Maraqlıdır ki, oktyabrda bankların digər mənbələrdən gəlir əldə etməyi dayandırıb, əksinə bu istiqamətə 0,5 mln. manat xərc çəkiblər.(report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

Mehriban Əliyeva seçkilərdə səs verməsi ilə bağlı paylaşım edib

Ən çox oxunanalar