Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın ən təhlükəli killeri Şabanov Moskvada tutuldu

Azərbaycanın “ən təhlükəli” və axtarışda olan killeri Moskvada tutulub

Bu barədə “Mash” teleqram-kanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən bildirir.

Məlumata görə həmin killer “iri bankirlərin ştatlı qatili” hesab olunur. Yaxalanma əməliyyatı Obruçev küçəsində həyata keçirilib. Mənbələr bildiriblər ki, söhbət İlya Şabanov adlı muzdlu qatildən gedir. Onun Azərbaycana ekstradisiyası gözlənilir, məsələyə hazırda baxılır.

Virtualaz.org dəqiqləşdirə bilib ki, söhbət 43 yaşlı Rusiya vətəndaşı, Azərbaycanda odlu silahdan və partlayıcı maddədən istifadə olunmaqla qətl törədən İlya Şabanovdan gedir. O, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib.

Belə ki, 2009-cu ilin oktyabrında Bakı sakini Rauf Həsənov “Nissan Teana” avtomobili ilə evindən çıxıb və geri qayıtmayıb. Noybarın 5-də həmin avtomobili Qubada yandırılmış halda tapıblar.

Əməliyyat-axtarış tədbirləri ilə həmin cinayətin iştirakçılarından biri, “Ayna” nəşriyyat evinin vitse-prezidenti Fərhad Süleymanov 2010-cu ilin fevralında Bakı aeroportundan ölkəni tərk etmək cəhdi zamanı tutulub. Evində və bağında aparılmış axtarış zamanı 1 İtaliya istehsalı olan bir tapança və 8 patron tapılıb.

İstintaq prosesində F.Süleymanov cinayətin digər iştirakçılarını da açıqlayıb, habelə etiraf edib ki, killerə “Makarov” tapançasını o verib. Müəyyən olunub ki, Rauf Həsənovla Moskvada yaşayan Mustafa Aslanov arasında birgə kommersiya sövdələşməsindən əldə olunan 5 milyon dolların bölüşdürülməsi məsələsinə görə münaqişə yaranıb.

M.Aslanov R.Həsənovu öldürmək qərarına gəlib və bu məqsədlə Moskvada yaşayan tanışı İlya Şabanovu Bakıya göndərib. 2009-cu il oktyabrın 31-də İlya Şabanov R.Həsənovu Nərimanov rayonunun ərazisində oğurlayıb, onu F.Süleymanovla birlikdə Goradil qəsəbəsindəki bağ evinə aparıb. Və orada bir neçə atəşlə R.Həsənovu öldürüb. İzi itirmək üçün onlar cəsədi Samur-Abşeron kanalına atıblar, F.Süleymanov isə R.Həsənovun avtomobilini Quba rayonuna apararaq yandırıb.

Bu cinayət işi üzrə F.Süleymanov 14 il həbs cəzası alıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Direktorla müəllim arasında dava - Təcili yardım çağırıldı

Yeni yaradılmış Zeyd Döyüş Mərkəzinin (ZEYD FİGHT CENTER) ünvanı Baki İdman Sarayıdır

Zelenski Şolts ilə birgə silah istehsalını müzakirə edib – Yenilənib

900-cü qolunu vuraraq rekorda imza atan Kriştianu Ronaldu "təlxək" adlandırılıb    

Antiterror əməliyyatının indiyədək açıqlanmayan detalları

Siyarto: Macarıstan Ukraynaya silah tədarük etməyib və etməyəcək    

Ermənistanla sülh müqaviləsi və sərhədlərin delimitasiyası: Beynəlxalq KİV-lər İlham Əliyevin Cernobbio Forumundakı çıxışından yazıb

Güclü küləyin Qubada yaratdığı fəsadlar: Sakinlər təhlükə altındadırlar

Orban: Müharibəni bitirmək üçün Zelenski və Putin görüşməlidir

Avropa ölkələri Rusiyanın dondurulmuş aktivlərini öz aralarında böləcək    

Ən çox oxunanalar