Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tahir Kərimli: “Məni nə günə qoydular”

Deputat Tahir Kərimli Milli Məclisdə çıxış edərək Aparat işçilərinin mənzilə ehtiyacının olduğunu dedi

O, hökumətdən xahiş etdi ki, Milli Məclisin işçilərinə mənzil tikilməsi üçün əlavə vəsait ayrılsın. T.Kərimli deputatlara ayrılan müavinətlərin artırılmasını təklf etdi. Həmçinin deputat parlament televiziyasının olmamasını qüsur sayaraq dedi ki, televiziyanın açılmasına böyük ehtiyac var: “Bu, seçicilərin öz deputatlarını nəzərdə saxlamasına da imkan verərdi”.

T.Kərimli dedi ki, parlamentə akkreditə olunmuş jurnalistlərin potensialından istifadə etmək mümkündür: “Çox təəssüf ki, bizim dövlət tərəfindən maliyyələşən televiziyalarda bizə efir vaxtı ayrılmır. Parlament televiziyası olsa, bizim sözümüz təhrif olunmaz. Elə mənim başıma gələnləri xatırlatmaq istəyirəm. Himnlə bağlı mənim çıxışımı təhrif etdilər, sağ olsun Fəzail müəllim, Siyavuş müəllim, obyektiv mövqedən çıxış etdilər. Amma bəzi qüvvələr mənim əleyhimə təbliğat apardı. Məni nə günə qoydular. Sabah mən nə üzlə gedib Ağsuda görüşlər keçirəcəyəm? Parlament televiziyamız olsa, öz sözümüzü deyərik, hər hansı təhrif də olmaz, belə vəziyyət yaranmaz. Hər kəs mənim vəziyyətimə düşə bilər”.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Pentaqon Çinin "Sinovac" peyvəndinin diskreditasiyası ilə məşğul olduğunu etiraf edib

Borrell Çinin xarici işlər naziri ilə görüşüb

Anasını bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb - Yenilənib

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Ağstafada avtomobil qəzasında yaralanan 5 nəfərin kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar