Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Boçarnikov Naxçıvan səfərindən danışdı

"Naxçıvanın çox gözəl təbiəti, qədim tarixi və mədəni abidələri, iqtisadi potensialı ilə yaxından tanış oldum"

"Yerli əhalinin tələbatının ödənilməsi üçün bir çox sənaye və kənd təsərrüfatı məhsulları məhz Naxçıvanda istehsal olunur. Bu, yaxşı haldır"

Bunu Naxçıvanda səfərdə olan Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov deyib. Səfir muxtar respublikaya səfərinin tanışlıq xarakteri daşıdığını bildirib.

"Naxçıvan Avtomobil Zavodunda olarkən burada istehsal edilən nəqliyyat vasitələrinə təkcə muxtar respublikada deyil, Azərbaycanın digər bölgələrində də böyük tələbat olduğunu öyrəndim. Naxçıvan şəhərindəki rusdilli məktəblə yaxından tanış oldum. Bu məktəbdə müasir standartlara cavab verən şəraitin yaradılmasını yüksək qiymətləndirirəm.

Məktəbdəki tədris prosesi ilə yaxından tanış oldum, təhsil ocağının pedaqoji kollektivi ilə söhbət zamanı burada işləyən müəllimlərin öz işlərinə necə məsuliyyətlə yanaşdıqlarına şahidlik etdim. Bu, məni çox sevindirdi”, - deyə Mixail Boçarnikov vurğulayıb. (azvision.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Ukrayna hökumətində istefa dalğası...- Zelenski nəyə hazırlaşır?

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Putinin Roma Statusunu təsdiq edən ölkələrə səfərləri BCM-ni sıradan çıxara bilər?

Ukraynanın yeni xarici işlər naziri təsdiqlənib - Yenilənib

Ən çox oxunanalar