İsrail Hərbi Hava Qüvvələri şiə “Hizbullah” hərəkatına məxsus silah anbarına hücum edib...
Poliqon xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Blida bölgəsində yerləşən “Hizbullah”ın silah anbarına hücum edib", deyə məlumatda bildirilir.
Bundan əlavə, mətbuat xidməti məlumatında hücum zamanı hərəkatın Livan dövlətinin cənubunda da yerləşən digər hərbi hədəflərinin vurulduğu qeyd edilir.
Poliqon.info