Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəfiqəsini öldürüb cəsədini parçalayan qadına hökm oxundu - 17 il

Bakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini xüsusi amansızqla qətlə yetirməkdə ittiham olunan Bakı şəhər sakini 50 yaşlı Qorlova İrina Vasilyevnanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb

Prosesdə hökm oxunub. Hökmə görə, İ.Qorlova 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bil fevralın 16-da Binəqədi rayonu, Azadlıq prospekti, 188 ünvanında yerləşən binanın tinindəki zibil qutularından insan əzaları aşkar edilib. Hadisə yerinə baxış keçirilərkən doğranmış cəsədin 50-60 yaşlarında qadına məxsus olduğu müəyyənləşdirilib. Ərazidən qadının başı, ayaqları, daxili orqanları aşkarlansa da, yerdə qalan əzaları tapılmayıb.

Polis və prokurorluq əməkdaşlarının keçirdikləri əməliyyat istintaq tədbirləri nəticəsində mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması, fevralın 12-də onun İrina Qorlova tərəfindən öldürülüb, balta ilə meyiti hissələrə bölündükdən sonra zibil qutusuna atılması müəyyən edilib.

İttihama görə, İrina Qorlova Bülbülə qəsəbəsində rəfiqəsi Lyubov Rəhimovaya məxsus mənzilə qeydiyyata düşdükdən təxminən dörd ay sonra fərdi yaşayış sahəsinə mülkiyyət hüququnu ələ keçirmək məqsədilə ev sahibini öldürmək qərarına gəlib. O, bu məqsədlə fevralın 12-də gecə saatlarında rəfiqəsinin baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr endirib. Daha sonra isə kalqotkanı boğazına keçirib var gücü ilə boğmağa başlayıb. Bundan sonra isə meyiti hissələrə ayırıb və zibil qutularına atıb.

İrina Qorlovanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib.

pia.az


Etiket: Məhkəmə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Prezident və birinci xanım Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə tanış olublar - Yenilənib

Ən çox oxunanalar