Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəzzafinin dondurulmuş milyardları Belçika banklarından hara yoxa çıxır...

Devrilmiş və linç edilərək öldürülmüş Liviya diktatoru Muammar Qəzzafinin Belçika banklarında BMT Təhlükəsizlik Şurasının qətnaməsi əsasında dondurulmuş milyardlarla avro pullarının bir qisminin sirli şəkildə üzə çıxması haqda xəbərlər yayılıb

Virtualaz.org xəbər verir ki, RTBF telekanalı “BNP Paribas”, “Fortis”, ING, KBC, “Euroclear Bank” banklarında Qəzzafiyə aid 14 milyard avronun olduğunu, həmin pulların üzərinə 2011-ci ildə həbs qoyulduğunu bildirir. O vaxtdan bəri faiz gəlirləri hesabına bu pullar təxminən 3-4 milyard dollar artıb, amma həmin gəlirlər naməlum şəxslər tərəfindən bankdan çıxarılıb. Ehtimal edilir ki, pullar hazırda Liviyada döyüşən qruplaşmalara yönəldilib.

Qəzzafinin Belçika banklarından birində saxlanılan milyardlarının bir qisminin “yoxa çıxdığı” haqda xəbərlər hələ bu ilin mart ayında yayılmışdı. Bildirilirdi ki, 2013-2017-ci illər ərzində Belçikanın “Euroclear Bank” adlı bankından Liviyanın eks-diktatorunun bank hesablarındakı 16.1 milyard avro vəsaitin 10 milyard dolları yoxa çıxıb.

Belçika mətbuatının yazdığına əsasən 2013-cü il noyabrın 29-da həmin hesablarda 16.1 milyard avro var idi. Pullar“Libyan İnvestment Authority” və “Libyan Foreign İnvestment Company” adlı şirkətlərə aid 4 bank hesablarında saxlanılırdı. Bu şirkətlər Qəzzafi ailəsi ilə bağlı olub. Lakin 2017-ci ildə Belçika hökuməti hesablarda cəmi 5 milyard avronun qaldığını aşkar edib. Mətbuat yazırdı ki, pulların Qəzzafinin oğlu Seyfəlislam tərəfindən çıxarıldığı ehtimal edilir. Belçika Maliyyə Nazirliyi isə bu məlumatları təkzib etmişdi.

İndi isə bildirilir ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi depozitlərdən əldə edilən gəlirlərə aid olmadığına görə 8 il ərzində Qəzzafinin pulları 3-5 milyard avro artıb. Amma həmin gəlirləri kimlərsə banklardan çıxarıb.

Qəzzafi NATO-nun dəstəklədiyi üsyançılar tərəfindən 2011-ci ildə öldürülüb. Lakin onun ölümü Liviyada vətəndaş müharibəsini dayandırmayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Çempionlar Liqası: "Dinamo" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib

Ən çox oxunanalar