Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan məhsulları Monqolustana ixrac olunacaq

“Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların xarici bazarlarda tanıdılması məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Monqolustanın Ulan-Bator şəhərinə təşkil olunmuş ixrac missiyası başa çatıb

Nazirlikdən Azvision.az-a verilən məlumata görə, şərab və digər spirtli içkilər, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, müalicəvi bitki çayları, qənnadı məmulatları, mineral sular, İKT və digər sahələrdə fəaliyyət göstərən 17 Azərbaycan şirkətinin iştirak etdiyi ixrac missiyası monqolustanlı həmkarları ilə ikitərəfli görüşlər keçirib, ixrac məsələlərinə dair müzakirələr aparılıb.

Monqolustan iş adamları ilə görüşdə çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlər, özəl sektorun inkişafının stimullaşdırılması, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi məqsədilə görülən işlər, Azərbaycan-Monqolustan iqtisadi əlaqələri və əməkdaşlığının genişləndirilməsi imkanları barədə məlumat verib.

Qeyd edək ki, ixrac missiyasına daxil olan Azərbaycan şirkətlərinin məhsulları öz keyfiyyəti ilə Monqolustan şirkətləri tərəfindən böyük maraqla qarşılanıb. AzərbaycanAbşeron-Şərab”, “A+CO”, “Merit Brand”, “Şərq Ulduzu”, “Aqro-Azerinvest”, “Aspi Agro”, “Azəri” şirkətləri Monqolustanda fəaliyyət göstərən ən böyük şərab məhsulları üzrə distributor "World Wine LLC" şirkəti ilə və "Sansar" mağaza şəbəkələri ilə görüş keçirib, Azərbaycan şərablarının Monqolustana ixracına dair ilkin razılıq əldə ediblər. Bundan əlavə, Azərbaycanın “Aspi Agro” şirkəti ilə Monqolustanın “Worldwine” şirkəti arasında məhsulların ixracına dair ilkin razılaşma əldə olunub.

Bundan başqa, Azərbaycanın “Herba Flora” şirkəti ilə Monqolustanın “Vitafit İnvest” şirkəti arasında herbal ekstraktın satışı ilə bağlı razılığa gəlinib.

Azərbaycanın “Konfirom” şirkəti” ilə Monqolustanın “Shijirjin Group”, “Altan Jolo İmpeks”, “Makn export” şirkətləri ilə qənnadı məhsullarının, “Gilan FMCG" şirkəti ilə Monqolustanın “Vertus Group” şirkəti və ”Sansar” supermarketlər şəbəkəsi arasında meyvə şirələri və konservləşdirilmiş məhsulların ixracına dair danışıqlar aparılıb.

Azərbaycanın İKT sahəsində fəaliyyət göstərən "Cybernet", "Sinam", "Neuron Technologies" və AZİNNEX şirkətlərinin təklif etdiyi xidmətlər Moqolsutan iş adamları və dövlət qurumlarının nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Ən çox oxunanalar