Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşaqlarda ürək xəstəliklərinin simptomları

Təəssüf ki, valideynlər əksər hallarda uşaqda ürək-damar sistemi xəstəliyi simptomlarının olduğuna lazımi diqqət yetirmir və həkimə yalnız xəstəlik dərinləşdiyi zaman müraciət edirlər

Uşaq aşağıda qeyd edilən əlamətlərdən şikayət edirsə, buna diqqət yetirin:

- ürəkdöyünmə,
- döş qəfəsi (ürək) nahiyəsində ağrılar,
- gərginlik zamanı və xüsusilə də sakit vəziyyətdə olarkən təngnəfəslik.

Tezləşmiş ürəkdöyünmə (taxikardiya) sağlam uşaqlarda, adətən, fiziki və emosional gərginlik (qorxu, sevinc) zamanı baş verir. Buna səbəb olan faktor aradan qaldırılan kimi, sağlam uşaqlarda olan taxikardiya öz-özünə keçib gedir. Xəstə uşaqda isə bu vəziyyət uzun müddət qalır və, hətta sakit vəziyyətdə də əmələ gəlir. Nəbzin yavaşıması (bradikardiya) da təhlükəli hesab olunur.

Normada sağlam uşaqların nəbzi həyatının ilk 1-ci ilində dəqiqədə 125-130 vurğu, 5-7 yaşlarında 90-100, 8-10 yaşlarında 80-85, 11-14 yaşlarında 70-85 vurğu olmalıdır.

Döş nahiyəsində ağrılar da ürək xəstəliyinin olmasına dəlalət edə bilər. Bu ağrılar həmçinin heç bir ürək xəstəliyi olmadan, qeyri-stabil sinir sisteminə malik uşaqlarda da ola bilər. Ancaq hər bir halda döş nahiyəsində ağrıları olan uşaq kardioloq-həkimin konsultasiyasından keçməlidir.

Təngnəfəslik - urək çatışmazlığının ən ilk əlamətlərindən biridir. Fiziki və emosional gərginliyə məruz qalmadan sakit vəziyyətdə əmələ gələn təngnəfəslik təhlükəli ola bilər. Həyatının ilk 1-ci ilində sağlam uşaqlarda tənəffüs tezliyi dəqiqədə - 30-40, 5 yaşında - 25, 7-8 yaşında 18-22, 10-14 yaşında 16-18 tənəffüs hərəkəti olur. Uşaqda tənəffüs tezliyi sakit vəziyyətdə qeyd edilən normadan artıq olarsa, təngnəfəslik olduğuna şübhə etmək olar. Bu vəziyyət dərinin göyərməsi (sianoz) ilə müşayiət edilirsə, bu daha təhlükəlidir.

Ümumiyyətlə, hər zaman uşağın dərisi və dodaqlarının rənginə diqqət yetirmək lazımdır. Əgər yeni doğulmuşun dərisi və dodaqları göyümtüldürsə, bu, ağır urək, ağciyər və digər orqanların xəstəliklərinin olmasına dəlalət edə bilər. Həyatın ilk aylarında zəif sianoz körpənin alt pəncəsində, topuqda, dırnaqlarda daha çox gözə çarpır. Bir qədər böyük uşaqlarda göyərmə gözlərin alt hissəsində olur. Ağızətrafı nahiyədə göyərmə təkcə ürək xəstəlikləri deyil, həm də kəskin virus infeksiyaları, pnevmoniyalar, anemiyalar zamanı da əmələ gələ bilər.

İlk aylarda uşaqda səbəbsiz narahatlıq, qışqırıq, dərinin ağarması, süstlük, söyuq tər əlamətləri müşahidə olunarsa, bu, valideynləri narahat etməli və həkimə müraciət etmək üçün səbəb olmalıdır.

Bundan başqa, həyatının 1-ci ilində uşağın çəkisinin ləng artması, psixomotor inkişafın ləngiməsi, passiv əmmə prosesi, sudvermə zamanı narahatlıq kimi əlamətlər də körpədə ürək xəstəliyi olduguna dəlalət edə bilər.

Bir qədər böyük uşaqların boy atması və inkişafı ləngiyərsə, aktiv oyunlar zamanı onlarda tez yorulma, avazıma olarsa, tez-tez yerimə və ya qaçma zamanı boğulma nəzərə çarparsa, onları mütləq kardioloqa göstərmək lazımdır.

Ödemlər (dəri şişkinliyi) də ürək xəstəlikləri simptomu ola bilər. Bu zaman ödemlər əvvəl ayaqlarda, sonra isə bədənin digər hissələrində əmələ gəlir.

Əgər uşağın ürək nahiyəsində önə qabarma ("ürək donqarı") müşahidə edilərsə, bu, ürəyin ağır zədələnməsinə dəlalət edir və təcili olaraq mütəxəssis müayinəsi tələb edir. (milli.az)

Yaş Nəbz (1 dəq. ərzində) Tənəffüs tezliyi (1 dəq. ərzində)
2 110-115 30-35
3 105-110 30-35
5 100 25
8 90 20-25
10 80-85 20
12 yaşdan yuxarı 70-75 16-18

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay