Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Xəzər konvensiyasına qarşı olub - səfirdən sensasion iddia

Rusiyanı danışıqlarda təmsil edən xüsusi səfir deyib ki, ABŞ sonadək konvensiyanın imzalanmasına təsir etmək istəyib

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı dövlətin-Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın iştirakı ilə Xəzər dənizinin statusu haqqında konvensiya imzalandı. Konvensiya imzalandıqdan sonra da yalnız Xəzəryanı ölkələrin “mülkiyyəti” olan Xəzərə digər dövlətlərin marağı olduğu haqda iddialar səngimir.

ABŞ son ana qədər Xəzər danışıqlarına təsir etmək istəyirdi...

” Virtualaz.org xəbər verir ki, belə sensasion sayıla biləcək bəyanatı Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov “Kommersant”a müsahibəsində səsləndirib. Səfir Bratçikov Xəzərin statusuna dair danışıqlarında Rusiya nümayəndə heyətinə başçılıq edirdi. “Regiondan kənar oyunçuların danışıqlara təsir etmək cəhdləri 20 illik danışıqların bütün gedişi ərzində müşahidə olunub, lap son məqama qədər”-diplomat deyib.

Bratçikovun bildirdiyinə görə, Xəzərə bu regiondan kifayət qədər uzaqda olan ölkələr, o cümlədən Avropa İttifaqının hüdudlarından xaricdə olan ölkələr maraq göstəriblər. “Söhbət ABŞ-dan gedir” sualına diplomat “O cümlədən” deyə cavab verib.

Diplomat qeyd edib ki, Rusiya Xəzərin su səthinin sahilyanı ölkələr arasında bölünməsinə qarşı çıxıb. Moskva təklif edib ki, dənizin dibi bölünsə də su səthi ümumi istifadədə qalmalıdır.

“Danışıqların müəyyən mərhələsində biz partnyorlarımıza güzəştə getdik və razılaşdıq ki, bütün sahilyanı ölkələrin milli suverenliyi altında 15 mil enində sahilyanı zonası və ona bitişik balıqılıq zonası olsun. Qalan su səthi isə bütün xəzəryanı ölkələrin gəmiçilik və digər növ fəaliyyətləri üçün ümumi istifadəsində qalacaq”-İqor Bratçikov deyib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Diplomatın bildirdiyinə görə, Xəzərin statusuna dair Konvensiya hərbi-dəniz donanmalarının sahilyanı ölkələrin ərazi sularının hüdudlarından kənarda sərbəst hərəkətinə imkan verir.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani konvensiyanın imzalanmasından sonra daha konkret danışmışdı. O demişdi ki, Xəzər dənizinin hüququ statusu haqqında konvensiya ABŞNATO-nun öz silahlı qüvvələrini regiona göndərmək üzrə planlarının qarşısını alıb. Onun sözlərinə görə, ABŞNATO-nun əlbirliyi ondan ibarət olub ki, Xəzər dənizinin sahilinə onların əsgərləri çıxsın, burada Amerika gəmiləri, helikopterləri və hərbi bazaları olsun. Maraqlıdır ki, Xəzərin statusuna dair Konvensiyanın imzalandığı Aktau sammitinə bir gün qalmış ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin rəhbəri Devin Nunes Bakıda və Astanada səfərdə olmuşdu.

Yada salaq ki, ABŞ Dövlət Departamenti isə Xəzərin hüquqi statusuna dair imzalanacaq Konvensiyanın Avropaya qaz tədarükünün diversifikasiyası ilə bağlı vəziyyətə necə təsir edəcəyini şərh etməməşdi.

Aydındır ki, İqor Bratçikov konkret olaraq ölkə adı çəkməsə də, söhbət məhz ABŞ-dan gedir. Yada salaq ki, konvensiya imzalanan ərəfədə Qazaxıstanda ABŞ bazalarının qurulması barədə mediada iddialar yer almışdı. Bu səbəbdən Qazaxıstanın Rusiyadakı səfirliyi ölkədə ABŞ hərbi bazalarının qurulması ilə bağlı hətta təkzib mətni ilə çıxış etməli olmuşdu. Ölkənin “Tengrinews” agentliyinin yaydığı məlumatda bildirilirdi ki, Qazaxıstan və ABŞ arasında 2010-cu ildə imzalanan əməkdaşlıq haqqında müqaviləyə əlavə edilən dəyişiliklər bu şayiələrə əsas verib. Həmin dəyişikliyə görə ABŞ yüklərinin Xəzər dənizindən Əfqanıstana ötürülməsi üçün ABŞ-ın hərbçilərinin Aktau və Kurık limanlarından istifadə etmələrinə icazə verilmişdi. Görünür, səfir daha çox bu əməkdaşlığa işarə edir. Çünki sahilyanı başqa bir dövlətin ABŞ-la Xəzərdə bu cür əməkdaşlığı yoxdur.

ABŞ-ın 2009-2010-cu illərdə Xəzərə marağının artması həqiqətən də özünü daha qabarıq göstərirdi. Yada salaq ki, bu illərdə ABŞ Xəzər təhlükəsizliyi ilə bağlı xüsusilə Azərbaycanla intensiv əməkdaşlıq edirdi. Bu əməkdaşlıq çərçivəsində ABŞ Azərbaycana Xəzərdə enerji infrastrukturlarının mühafizəsi üçün hərbi katerlər verdi, sualtı xüsusi təyinatlı qüvvələr hazırlanmasında iştirak etdi.

Birləşmiş Ştatlar Buş administrasiyası dövründə bu əməkdaşlığı genişləndirərək Xəzərdə enerji infrastrukturlarının mühafizəsi adı altında “X-Band” tipli radar kompleksi də yerləşdirməyi planlaşdırırdı. Lakin sonradan Amerika administrasiyasının regionla bağlı prioritetləri dəyişdi. 2010-cu ildə Bakıda keçirilmiş Xəzər sammitində isə imzalanan sazişdə dənizdə təhlükəsizlik məsələsinin ancaq sahilyanı ölkələrin səlahiyyətində olduğu razılaşdırıldı. Həm Obama dövründə, həm də Donald Trampın hakimiyyətində ABŞ-ın Xəzərdə xüsusi fəallığı olmadı. İndi səfirin bu cür danışmasının alt qatında nələrin olduğu dəqiqləşmir. (Yeni Müsavat)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Ən çox oxunanalar