Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aqrar sektorun əsas problemləri nədir? – Ekspert rəyi

İqtisadçı ekspert: “Dövlətin aqrar sahəyə dəstəyi lazımdır. Ancaq bu dəstək proqramları dövlətin aparıcı rol olmasından keçməməlidir”

“Dövlət aqroparkların qurulması üçün investisiya yatırmalı və sonrakı fəaliyyətini uzunmüddətli müqavilələrlə özəl sektora dövr etməlidir”.

Bu sözləri iqtisadçı Natiq Cəfərli yaradılması nəzərdə tutulan aqroparkların kənd təsərrüfatının inkişafına təsirini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Məlumdur ki, kənd təsərrüfatı dövlət tərəfindən ən çox investisiya qoyulan sahələrdən biridir. Lakin buna baxmayaraq, kənd təsərrüfatının vəziyyəti heç də ürəkaçan deyil. Uzun illərdir ki, düzgün melorasiya işlərinin aparılmaması nəticəsində əkinə yararlı torpaqlarda şorlaşma maksimum həddə çatıb. Onu da qeyd edək ki, hər il melorasiya işlərinin aparılması üçün “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə lazım olduğundan belə artıq vəsait ayrılsa da, əkin sahələrinin vəziyyəti kritikdir. Çünki ötən əsrin 80-ci illərindən başlayaraq istər su kanalları, istərsə də drenaj kollektorlar baxımsız vəziyyətdədir. Baxmayaraq ki, sənədlərdə su kanalları və drenaj kollektorlar həri il təmizlənir və təmir edilir. Lakin həmin vəsaitlərin hara getdiyini ancaq sənədlərdə su kanallarını və drenaj kollektorları “təmizləyənlər” bilirlər. Bu isə ildən-ilə əkin sahələrinin şorlaşmasına və məhsuldarlığın aşağı düşməsinə səbəb olur.

Son zamanlar iqtisadiyyatın şaxələndirilməsi məqsədi ilə aqrar sektorun inkişafı dövlətin əsas proritetlərindən birinə çevrilib. Bu üzdən də Kənd təsərrüfatı Nazirliyində yeni layihələr hazırlanır və əfsuslar olsun ki, bu layihələr bir sıra oliqarx məmurların inhisarına keçərək aqror sektorda canlanmaya səbəb olmur. Daha doğrusu layihələr nümunə xarakterli olaraq qalır və kütləşiləşmədiyindən aqrar sektorun kütləvi inkişafına təsir etmir. Digər tərəfdən isə aqrar sektorun əsas problemlərindən biri olan əkin melorasiya işləri düzgün və qaydalara görə aparılmaması hələ də ciddi problem olaraq qalmaqdadır.

Yayılan məlumatlara görə, Kənd təsərrüfatı Nazirliyi aqrar sektoru dirçəltmək məqsədi ilə yeni layihəyə start verib və ilin sonuna kimi 45 aqroparkın yaradılmasını planlayır. Belə ki, aqroparkların yaradılması istiqamətində Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı var. Layihəyə əsasən ölkə üzrə 45 aqroparkın yaradılması nəzərdə tutulur və bütünlükdə 1,5 milyard manatlıq sərmayə qoyulması proqnozlaşdırılıb və hədəf də bu yolla daha yüksək məhsuldarlığa nail olmaqdır. Hazırda ölkədə 4 aqropark fəaliyyət göstərir, bu ilin sonuna kimi daha 14 aqropark da istifadəyə veriləcəyi gözlənilir.

Bu aqroparklar ölkənin aqrar sektorunda yeni keyfiyyət və yeni sistemin yaradılmasına, rentabelli təsərüfatların qurulmasına yol aça bilərmi? Ümumiyyətlə kənd təsərrüfatının əsas problemləri nədir və bu problemlərin həllini yaxın zamanda mümkün hesab etmək olarmı? Bununla yanaşı, son zamanlar kənd təsərrüfatında inzibati planlamaya daha çox üstünlük veriliməsi kənd təsərrüfatının inkişafına necə təsir edir?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərlinin fikirlərini öyrənib.

Natiq Cəfərli: “Əgər bu sistem yaradılsa, aqroparklar ölkədə aqrar sahədə yeni keyfiyyət dəyişikliklərinə, daha çox məhsul istehsalına və aqrar sənayə məhsullarının xaricə satılmasına imkan yaradacaq”.

Aqroparkların idarə edilməsinin məhz dövlət tərəfindən həyata keçirilməsinin yanlış addım olacağını vurğulayan iqtisadçı Natiq Cəfərliyə görə, bu parkların fəaliyyəti özəl sektora həvalə edilməlidir. Bu həvalə isə aqrar sahənin inkişafına müsbət təsir edə bilər:

“Əslində dövlətin aqrar sahəyə dəstəyi lazımdır. Ancaq bu dəstək proqramları dövlətin aparıcı rol olmasından keçməməlidir. Yəni, aqroparkların yaradılması sırf dövlətin nəzarəti altında həyata keçməməlidir. Dövlət sadəcə bu cür parkların qurulması üçün investisiya yatırmalı və sonrakı fəaliyyətini uzunmüddətli müqavilələrlə özəl sektora dövr etməlidir. Bu addım daha effektiv olmaqla yanaşı, gəlirlə işləməyə şərait yaradır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Əgər bu sistem yaradılsa, aqroparklar ölkədə aqrar sahədə yeni keyfiyyət dəyişikliklərinə, daha çox məhsul istehsalına və aqrar sənayə məhsullarının xaricə satılmasına imkan yaradacaq. Ancaq bir daha təkrar edirəm, bu proses dövlətin birbaşa idarəetməsi ilə olmamalıdır. Dövlətin nəzarəti və maliyyə dəstəyi ilə həyata keçirildikdə böyük əksəriyyəti istehsal sahələri ziyanla işləyir. Biz bunu dövlət şirkətlərində görürük. Bu baxımdan aqroparklar birbaşa dövlətin idarəetməsində olsa, effektiv idarəetmənin tətbiqi çətin olacaq.

Natiq Cəfərli: “Dövlətin nəzarəti və maliyyə dəstəyi ilə həyata keçirildikdə böyük əksəriyyəti istehsal sahələri ziyanla işləyir”.

Kənd təsərrüfatının əsas problemlərinə gəlincə, problemlər əsasən maddi-texniki bazanın zəif olması, texnika və suvarma çatışmamazlığı, melorasiya işlərinin düzgün aparılmaması, stimullaşdırma proqramlarının son məhsulun keyfiyyətinə və həcminə görə ayarlanmamasıdır. Çox təəssüf ki, hələ də dövlət tərəfindən stimullaşdırma proqramları əkin sahəsinin ərazisinə görə aparılır. Bu isə effektiv yol deyil.

Əslində son məhsulun həcminə və keyfiyyətinə görə stimullaşdırma proqramlarının qəbulu və fermerlər üçün daha çox məhsul istehsalı üçün stimul verilməsi aqrar sənayedə keyfiyyət dəyişikliyinə səbəb ola bilər. Bu nöqteyi-nəzərdən təşviq proqramlarının yenidən təşkil olunmasına ehtiyac var.

İnzibati planmalara gəldikdə isə biz Sovet dövründə bu yolu keçmişik. Sovet dönəmində inzibati planlama daha çox idi və qısamüddətli effekt verirdi. Lakin orta və uzunmüddətli effektə sahib deyildi. Bu baxımdan düşünürəm ki, özəl sektorla dövlətin birbaşa iştirakı ilə hazırlanmış planlar olmalıdır. Yəni, planlar həm hədəflərə doğru çatmaq üçün zaman və maliyyə mənbələrini doğru seçməlidir, həm də stimullaşma fermerlərə və kəndlilərə inzibati qaydada əmrlə deyil, onların maraqlarına uyğun olaraq məhsuldarlığı artırmağa şərait yaratmalıdır. Planlama elmi əsaslara söykənməlidir ki, effektiv təsiri də olsun”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Seçki İranda etnik, siyasi və sosial qarşıdurmaları daha da dərinləşdirir...

Beyləqanda qanunsuz sələm işi məşğul olanlar var? - Aidiyyatı qurumlar tədbir görməlidir

Ən çox oxunanalar