Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Robert Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

Ermənistanın eks-prezidenti Robert Köçəryan Apellyasiya məhkəməsində onun barəsində çıxarılmış həbs qətimkan tədbirindən verilmiş şikayətə baxılması zamanı 1993-cü ildə Azərbaycanda Surət Hüseynovun qaldırdığı hərbi qiyamdan danışıb

Bu barədə Robert Köçəryanın vəkili Ayk Alumyan erməni KİV-lərinə bildirib.

Vəkilin dediyinə görə Robert Köçəryan 2008-ci il martın 1-də silahlı qüvvələrə verdiyi məxfi əmrin ordunun siyasətə müdaxiləsi üçün nəzərdə tutulmadığını deyib. Çünki həmin məxfi əmrdə ordunun nümayişçilərə qarşı tətbiq edilməsi barədə heç nə deyilmirdi.

“Robert Köçəryan əmri sadəcə ona görə verib ki, Silahlı qüvvələrin siyasətə müdaxiləsi ehtimalını aradan qaldırsın”-Alumyan bildirib.

Vəkil habelə Robert Köçəryanın Apellyasiya məhkəməsində çıxışından bir hissəni də jurnalistlərə çatdırıb.

“Robert Köçəryan məhkəmədə bildirdi ki, bizim əlimizdə təcrübə var, bizim təcrübə yox, düşmənimizin təcrübəsi. Bu hansı təcrübədir? Azərbaycanda 90-cı illərin əvvəllərində qiyam qaldırmış hansısa hərbi xadim-Surət Hüseynov var idi, hansı ki silahlı qüvvələrdə müəyyən avtoritetə malik idi və bundan istifadə edərək yerli qiyamçılara qoşuldu, ordunu hakim rejimə qarşı çevirdi. Qoşun Gəncədən Bakıya yollandı. Köçəryan dedi ki, biz bunun necə baş verdiyini görmüşük. Nəticədə Azərbaycan bir qiyamçı hərbçinin hərəkətləri üzündən yüzlərlə itki verdi. Hakimiyyət hərbi qiyamı yatıra bildi, amma bu vaxt ərzində Azərbaycan üç rayon itirdi. İndi Robert Köçəryan dedi ki, belə vəziyyəti 2008-ci ildə özünə rəva görə bilməzdi. Çıxışın bu hissəsi 1 mart hadisələrinə aid deyildi, fevralın 23-nə və 0038 saylı məxfi əmrə adi idi”-vəkil bildirib.

Xəbər verildiyi kimi Robert Köçəryan ötən həftə Apellyasiya məhkəməsinin qərarı ilə sərbəst buraxılıb, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilib. Onun həbsdən burxılması etirazlar doğurub.(Virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay