Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda rus əsgərlərini ölkədən qovmaq kampaniyası başladı

Sosial şəbəkələrin erməni seqmentində ötən gündən etibarən Rusiyanın 102-ci hərbi bazasını Ermənistandan çıxarmaq çağırışının yer aldığı Facebook səhifəsi sürətlə tirajlanır

Virtualaz.org Rusiyada mənzillənmiş “EADaily” portalına istinadla xəbər verir ki, çağırışda hərbi bazanın Ermənistanın maraqlarına cavab vermədiyi və ölkə ərazisindən çıxarılmalı olduğu göstərilir.

Həmin səhifədə bir il əvvəl 102-ci hərbi bazanın sifarişi ilə Azərbaycan və Türkiyədəki vəziyyətlə bağlı araşdırmalar aparmış ekspertlərin fəaliyyəti “dövlətə qarşı yönəlmiş pis hərəkət” adlandırılır.

Səhifənin və orada yazılanların tirajlanması ilə “Soros” fondunun çoxdankı əməkdaşı, bu günlərdə Ermənistan hökumətində işə keçən və seçki məcəlləsində islahatları koordinasiya edən Daniel İnonisyan məşğuldur. Habelə baş nazirin birinci müavini Ararat Mirzoyanın keçmiş sözçüsü, bu yaxınlarda 2016-cı ilin aprel döyüşlərində ölən erməni əsgərləri barədə “yersiz ifadələr” işlətdiyi üçün işdən azad edilən Karpis Paşoyan 102-ci bazaya qarşı kampaniyanın fəallarındandır. Həmin Ararat Mirzoyanın özünü də Rusiyada “Amerikanın adamı” kimi tanıyırlar.

Sayt xatırladır ki, bu günlərdə müdafiə naziri David Tonoyan Ermənistan sərhədlərinin Rusiya hərbçiləri tərəfindən qorunması məsələsinə yenidən baxıla biləcəyini deyib. Habelə 102-ci bazaya dair müqavilənin şərtlərinə yenidən baxılmasının mümkünlüyü haqda danışıb.

Ermənistanın yeni hökuməti Rusiya ilə müttəfiqlik münasibətlərinə sadiq olduğunu və 102-ci bazanın ölkə ərazisində dislokasiyasının vacibliyini desə də daxili informasiya məkanında rəhbər şəxslər tərəfindən ciddi antirusiya kampaniyası başladılıb və tədricən geniş miqyas alır”-sayt yazır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında qalmaqal

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

İranın Baş Qərargahı "Fars" agentliyinin Rəisinin helikopterinin qəzası ilə bağlı şərhini təkzib edib

Diqqət: Metronun "28 May" stansiyasının qarşısında ilanlar peyda olub

"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə qələbə ilə başlayıb

Ən çox oxunanalar