Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dmitri Savelyev: “Qarabağ qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır”


Dağlıq Qarabağ və ətrafındakı işğal olunmuş yeddi rayon Ermənistan tərəfindən azad edilməli və heç bir əlavə şərt irəli sürülmədən Azərbaycana qaytarılmalıdır


Bunu virtualaz.org-a RF Dövlət Dumasının komitə sədri müavini Dmitri Savelyev deyib.

“Bu gün Ermənistanda həm Rusiya, həm də Azərbaycan üçün qətiyyən gözlənilməz siyasət yeridilir. Böhran (Ermənistan-Azərbaycan) ATƏT MQ-yə daxil olan amerikalıların mövqeyi, həmçinin ABŞ-da, Kanadada və Avropa mövcud olan nüfuzlu erməni diasporlarının mövqeyi nəzərə alınmaqla daha da kəskinləşə bilər. Qayıq çox möhkəm silkələnməyə başlayacaq. Rusiya hər zaman bəyan edir – böhran sülh yolu ilə həllini tapmalıdır. Qarabağ və yeddi rayon Azərbaycana hər hansı əlavə şərt irəli sürülmədən qaytarılmalıdır”, - Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən “Azərbaycan Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqidir” konfransında iştirak edən D.Savelyev qeyd edib.

Onun sözlərinə görə, Ermənistan ABŞAvropa İttifaqı istiqamətinə meyllənməyə başlayır və müəyyən mənada Ukraynanın yolu ilə gedir.

“Şübhəsiz ki, Rusiyada biz bunu heç istəmirik. Lakin bəzi əlamətlərə görə sezirik ki, ssenarinin bu cür inkişafı mümkündür. Əgər, Allah göstərməsin, belə bir şey baş verərsə, Azərbaycan təmas xəttində amerikalı hərbi müşavirlərlə, beynəlxalq muzdlularla və müasir hərbi komplekslərlə üz-üzə qala bilər. Bu həm Rusiya, həm də Azərbaycan üçün ümumiyyətlə gözlənilməyən bir yoldur və Ermənistan hazırda bu yolu seçir”, - D.Savelyev vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb

Ən çox oxunanalar