Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adəm kişi olsaydı...


ALİYƏ yazır


PİA.AZ kulis.az-a istinadən  Aliyənin “Kimdir müqəssir?” tamaşasına yazdığı resenziyanı təqdim edir:

Azərbaycan dramaturgiyasının ən diri pyeslərindəndir. Burada diri aktual deməkdir. Amma həm də “Kimdir müqəssir?” səhnə üçün çoxqatlı əsərdir.

Pyes bir kəndli ailəsindən bəhs edir. Ər-arvaddırlar – Mahmud və Bahar. Kişinin deyinməyi, qadının geyinməyi. Kişi dünyada rahatlıq axtarır, qadın kişidə. Deyinməklər bir mübahisə yaradır. Mahmud “Qadın – Həvva nəfsinə hakim olsa, cənnətdən qovulmazdıq”, Baharsa, “Adəm - Kişi kişi olsa qovulmazdıq”- deyir.

Qeybdən bir varlı ağa gəlib cənnətdən qovulma əhvalatının mini modelini təklif edir. Yerdə bir cənnət göstərir və deyir: “Bircə o qaba toxunmayın, bu cənnət sizin olsun”. Əlbəttə ki, qaba toxunurlar, o “dövlət” quşu “pırr”edib uçur gedir. Cənnətdən qovulma təkrarlanır.

Bəlkə də Cənnətdən qovulma dünyanın əvvəli yox, sonu haqqında əhvalatdır. Və dini kitablarda yer alan bu əhvalat insanlara dünyanın sonu haqda xəbər verir. İnsan bitib-tükənməyən arzuları ilə, alma misallı cənnət kimi dünyanı xaraba qoyur. Hansı ki, biz ona yaxın görünürük: istehlak cəmiyyəti günü-gündən artır, insan öz arzularının zibilliyindən çıxa bilmir. Hətta bu günlərdə kosmik zibillər haqda məlumat oxudum. Kosmosu müxtəlif kosmik qurğulardan, kosmik stansiyalardan, peyklərdən qopub fəzada gicəllənən dəmir qırıntılarından təmizləmək üçün tor və qarpun düzəldilib.

İstehlak cəmiyyəti inkişaf edir, amma buna istehlak tanrıçası kimi təqdim olunan qadın deyil, həm də onu görə bilməyən kişi təkan verir. Əlbəttə, qadın daha çox istehlak edir, həm də ilbəil seksual baxımdan laqeydləşən kişi üçün edir. Haqverdiyevin pyesində də qadın hər vəchlə kişinin diqqətini özünə çəkmək istəyir, kişisə deyinir, söhbətdən yayınır.

Yalnız istehlak deyil, bilmək, öyrənmək ehtirası dünyanı insanın gözündə bir toz yumrusuna çevirib. Elm, texnologiya durmadan inkişaf edir. Və bu inkişafla planetin məhvi təhlükəsi də artır. Bu cənnət alması – Yer bir gün ayağımızın altından qaçacaq.

İnsana yaşamaq üçün nə lazımdır? Adını unutduğum bir filosof demişdi: bütün dünya.

İnsana bütün dünya bəs eləmir.

İnsan ona lazım olanları qiymətləndirməkdə naşıdır. Hətta minimalizm özü də dəb kimi, üslub kimi var. Yeni arzular istehsal edən beynin qarşısına keçmək mümkünsüz kimi görünür.

Kimdir müqəssir? Nə fərq edər? O məşhur bayatıda deyildiyi kimi: “Qoy mən olum almadərən”

Mədəniləşdikcə, sivilləşdikcə tənbəlləşən insan – odunçu Mahmud olsun lap, ya da İT mütəxəssisi Elmin – xoşbəxtlik, cənnət həsrətindədir. Hələ ki, bu kainatda Yerdən başqa cənnətə rast gəlməsə də, özü bu yer deyilən mavi gözəlliyin üstündə yaşasa da bu həsrət bitib tükənmir. Ona görə yox ki, o bir zamanlar xoşbəxt olduğu cənnətdən qovulub. Ona görə ki, müqəssir axtarır.  

Bunları Bakı Uşaq Teatrının “Kimdir müqəssir?” tamaşasına baxa-baxa düşünürəm. Baxmayaraq ki, tamaşa bu yozumlara ip ucu vermir, vurğulamır. Sadəcə tamaşa müəllifləri pyesin səhnə ekvivalentini təqdim etməyə çalışır. Qadın hökmranlığı, kişi qorxaqlığı və ya “komandir”, “Arvadağa” kimi köhnəlmiş məişət zarafatları tonallığında konflikt qurulur.

Üstəlik, bu tonallıq üçün seçilən aktrisa (Məlahət Əhmədova) və aktyor (Niyaz İlyasoğlu) əhvalatı bədii kontekstə daşıya bilmir, yorulurlar. Aktyorlar yorulursa tamaşaçı da yorulacaq.  Çünki, aktyorun toxunacağı məqam-nöqtələr qeyd olunmayıb, ya da düzgün qeyd olunmayıb. Xüsusən sözsüz, mətnin olmadığı mizan səhnələr tamaşanı uzatmaqdan başqa heç nəyə xidmət etmir. Bunlarda biz nə qəhrəmanın vəziyyətini, hansısa ekzistensial konfliktini, dilemma tərəddüdlərini görmürük.

Görünəni, rejissor insan nəfsinin idarəolunmazlığını əsas ideyaya çevirmək istəyir. Hətta tamaşanın iki final versiyasını göstərir: bunlardan birində ər-arvad cənnət vəd edən ağanı boğub öldürürlər.

Bu epizod cənnətdən qovulma rəvayətinin mini modeli olan Mahmud-Bahar əhvalatında tanrının ölümü kimi eyhamlaşmır. Yenə kriminal xəbərlərdəki cinayət xəbəridir. Bəlkə də rejissor Elşən Zeynallı bunu düşünüb. Amma fikir səhnədə həllini tapmır.

İkinci versiya pyesin özündə olandır. Onlar sadəcə “cənnətdən” qovulur. Tamaşa başladığı yerdə bitir. Hərçənd bunun özü - tamaşanın başladığı yerdə bitməsi, Həvva və Adəmin cənnətdən qovulma əhvalatına yeni bir yozum qazandırmış olardı. Əgər doğrudan da formativ yox, bədii həll olsaydı...

 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Beyləqanda qanunsuz sələm işi məşğul olanlar var? - Aidiyyatı qurumlar tədbir görməlidir

Seçki İranda etnik, siyasi və sosial qarşıdurmaları daha da dərinləşdirir...

Ən çox oxunanalar