Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İraqda seçkidən sonra xaos yaşanır

Bağdadda seçki bülletenləri yandırıldı - Sədrə qarşı təxribat?


İraqda mayın 12-də keçirilən seçkilərin nəticələri ətrafında mübahisələr getdikcə daha da böyüyür. 

Seçki nəticələrinin şübhə doğurması iddialarının ardınca hökumət səslərin əvvəlcə 10 faizinin əllə sayılması məsələsini qaldırıb. Çünki məlum olub ki, bəzi yerlərdə elektron səs sayılması zamanı yanlışlar qeydə alınıb.

Daha sonra səslərin yenidən əllə sayılması barədə qərar qəbul olunub. Ancaq bazar günü Bağdadda seçki bülletenlərinin saxlanıldığı anbarda qəfildən yanğın baş verib. Yanğın Bağdadın şərq rayonlarının səsvermə bülletenlərinin saxlanıldığı anbarda qeydə alınıb.

Yanğın tez bir zamanda nəzarət altına alınsa da, bülletenlərin bir qismi yararsız hala düşüb. Bu hadisənin təxribat olması ehtimalı çox yüksəkdir. Maraqlıdır ki, bir sıra qüvvələr, o cümlədən İraq parlamentinin spikeri Səlim əl-Cuburi yanğından dərhal sonra bəyan edib ki, təkrar seçkilər keçirilməlidir. İraq baş naziri Heydər İbadi isə baş verən yanğını “İraq xalqı və demokratiyasına qarşı bir qəsd” adlandırıb.

İraqda 12 may seçkiləri ilə bağlı ciddi şübhələr var. Hətta baş nazir özü etiraf edib ki, təhlükəsizlik qüvvələri seçkilərdə ciddi saxtakarlıq faktlarını qeydə alıb. Belə görünür ki, yanğın təkrar seçkilər üçün fürsət yarada bilər. Ancaq hələlik hökumət təkrar seçkilərdən danışmır.

Xatırladaq ki, mayın 12-də İraqda keçirilən seçkilərdə Müqtəda əs-Sədrin liderlik etdiyi “Sairun” seçki ittifaqı qalib gəlib. Sədrin kommunist və dünyəvilərlə qurduğu ittifaq 54 mandat qazanaraq birinciliyi əldə edib. İkinci sırada isə 47 mandatla “Həşdi Şabi” komandirlərinin qurduğu “Fəth” koalisiyası ikinci, hazırkı baş nazir İbadinin “Nəsr” ittifaqı isə üçüncü yerlə kifayətlənməli olub.

Qeyd edək ki. seçki mübahisələri davam etdiyi bir vaxtda paralel olaraq Müqtəda əs-Sədr hökumət koalisiyası qurulması üçün danışıqlar aparır. Son illərdə İranla məsafə saxlamağa çalışan və paralel olaraq ərəb ölkələri, o cümlədən İranın əsas düşməni Səudiyyə Ərəbistanı ilə münasibətləri mülayimləşdirən Sədr bəyan edib ki, hökumət qurmaq üçün “HƏşdi Şabi”nin “Fəth” və keçmiş baş nazir Malikinin “Qnun dövləti” blokundan başqa digər siyasi qüevvələrlə ittifaqa hazırdır. Adları çəkilən qüvvələr isə İranla daha yaxındır.

Son məlumatlara görə, hazırda Sədr qrupu İshaq İbn əl-Həkimin Milli Hikmət Koalisiyası və keçmiş baş nazir İyad Əllavinin "Vataniyə” koalisiyası ilə hökumət koalisiyası qurmaq üçün danışıqlar aparır.

İyunun 7-də Bağdadda baş verən terrordan sonra Sədr İraqdakı silahlı qruplara müraciət edərək silahlarını təhvil verməyə çağırıb. Qeyd edək ki, dindarların ibadət etdiyi “Hüseyniyyə”də baş verən terror nəticəsində 18 nəfər həlak olub. Onlarla insan yaralanıb. Sədr bildirib ki, tezliklə Bağdad silahsızlaşmış bölgəyə çevriləcək. Bundan başqa o, ölkədəki siyasi qüvvələrə müraciət edərək korrupsiyaya son qoymağa, şəffaf hökumət qurmağa çağırıb. Korrupsiyaya qarşı şeir yazan Sədr xalqın yaralarını hələ tam sarımadığını, birlik və bütünlüyə, rüşvət və korrupsiyaya son qoymağa çağırıb.

Qeyd edək ki, son illərdə daha çox sadə xalq təmsilçisi kimi çıxış edən Sədr bir neçə dəfə Maliki və İbadi hökumətlərinə qarşı kütləvi etiraz çağırışı edib. Tərəfdarlarını meydanlara çıxarıb. Onun seçkilərdəki qələbə müəyyən qədər şübhə ilə qarşılansa da, bir çox müşahidəçilər son illərdə daha çox xalqçı, İran təsirinə qarşı dayanan, digər ərəb ölkələri ilə münasibətləri normallaşdırma tərəfdarı kimi tanınıb. Eyni zamanda Sədr iki dəfə ABŞ ordusuna qarşı savaş açmış biri olaraq Amerika əleyhdarı hesab olunur. Bu isə onun üstünlüyünün əsas elementləri hesab olunur. Ancaq ötən illərin təcrübəsi onu deməyə əsas verir ki, İraqda koalisiya müzakirələri və yeni hökumətin təşkili prosesi hələ zaman alacaq.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Ən çox oxunanalar