Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan güləşçisi Avropa çempionatında qızıl medal qazanıb


Türkiyənin İstanbul şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatına yekun vurulub


"Report"un məlumatına görə, sonuncu yarış günündə Azərbaycan sərbəst güləşçisi Şami Zubairov qızıl medal qazanıb.

92 kq çəki dərəcəsində yarışan Zubairov ardıcıl olaraq, RusiyaErmənistan təmsilçilərinə qalib gəldikdən sonra finala yüksəlib. Qızıl medal uğrunda görüşdə isə o, gürcüstanlı rəqibini tam üstünlüklə yenərək, Avropa çempionu olub.

61 kq-da mübarizə aparan Elçin Vəliyev ilk görüşündə rumıniyalıya qalib gəlsə də, yarımfinalda Moldova təmsilçisinə uduzub. Bürünc medal görüşünə haqq qazanan Vəliyev həlledici görüşdə Türkiyə güləşçisinə yenilərək, çempionatı 5-ci sırada tamamlayıb.

U-23 Avropa çempionatı

10 iyun

61 kq

Bürünc medal görüşü. Ertuğrul Kahveci (Türkiyə) - Elçin Vəliyev - 7:6

1/2 final. Elçin Vəliyev - Vitali Buniçi (Moldova) - 5:7

1/4 final. İon Suruqiu (Rumıniya) - Elçin Vəliyev - 0:10

86 kq

1/8 final. İlya Arçaya (Ukrayna) - Hacımurad Məhəmmədsəidov - 14:4

92 kq

FİNAL. Şamil Zubairov - İrakli Mtsituri (Gürcüstan) - 8:1

1/2 final. Sargis Hovsepyan (Ermənistan) - Şamil Zubairov - 5:7

1/4 final. Şamil Zubairov - Batırbek Tsakulov (Rusiya) - 10:5

Beləliklə, Azərbaycanın sərbəst və yunan-Roma güləşçiləri Avropa çempionatını ümumilikdə 7 medalla başa vurublar. Sərbəst güləşçilərdən yalnız Şamil Zubairov (92 kq) qızıl medal qazanıbsa, Əfqan Xaşalov (57 kq) və Ənvərbəy Dalqatov (65 kq) gümüş, Murad Süleymanov (79 kq) bürünc medala sahib olub. Yunan-Roma güləşçilərindən isə İslam Abbasov (87 kq) qızıl, Murad Məmmədov (60 kq) və Eltun Vəzirzadə (82 kq) bürünc medala yiyələnib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Direktorla müəllim arasında dava - Təcili yardım çağırıldı

Yeni yaradılmış Zeyd Döyüş Mərkəzinin (ZEYD FİGHT CENTER) ünvanı Baki İdman Sarayıdır

Zelenski Şolts ilə birgə silah istehsalını müzakirə edib – Yenilənib

900-cü qolunu vuraraq rekorda imza atan Kriştianu Ronaldu "təlxək" adlandırılıb    

Antiterror əməliyyatının indiyədək açıqlanmayan detalları

Siyarto: Macarıstan Ukraynaya silah tədarük etməyib və etməyəcək    

Ermənistanla sülh müqaviləsi və sərhədlərin delimitasiyası: Beynəlxalq KİV-lər İlham Əliyevin Cernobbio Forumundakı çıxışından yazıb

Güclü küləyin Qubada yaratdığı fəsadlar: Sakinlər təhlükə altındadırlar

Orban: Müharibəni bitirmək üçün Zelenski və Putin görüşməlidir

Avropa ölkələri Rusiyanın dondurulmuş aktivlərini öz aralarında böləcək    

Ən çox oxunanalar