Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Parlament seçkilərinə start verilib


2015-də mandat almayacaq deputatların təxmini siyahısı; İqtidar Milli Məclisin tərkibinə ciddi dəyişiklik etmək fikrindədir; xeyli stajlı və “sədaqətli” deputatlar çıxdaş ediləcək; mandatdan məhrum ediləcək şəxslərin arasında maraqlı adlar var


2015-ci ilin parlament seçkilərinə hələ çox qalsa da, artıq indidən bir sıra deputatların gələn il yenidən mandat əldə edə bilməyəcəkləri məlumdur. Bu barədə “Yeni Müsavat”a daxil olan məlumatda həmin deputatların bir çoxunun adı da var. Məlumatda bildirilir ki, 2015-ci ilin parlament seçkilərinin proporsional və majoritar qaydalarda keçirilməsi, eyni zamanda deputatların sayının artırılması nəzərdə tutulur.

Bu barədə danışan məlumatlı şəxs bildirir ki, beynəlxalq təşkilatlardan təkidli tələblər olarsa bu məsələ reallaşa bilər. Əks halda, parlament seçkiləri indiki qaydada keçiriləcək.

Məlumatda əsas məqam isə hazırda parlamentdə təmsil olunan bir çox deputatın 2015-ci ildə mandat ala bilməyəcəkləri ilə bağlıdı. Həmin şəxslərin sırasına hakimiyyətin gözündən düşən, son vaxtlar iqtidarın yanaşması baxımından bir sıra “ÇP”lərə yol verən, müəyyən qruplaşmalara bağlı, yaşlı, artıq 3-4 dəfə deputat olmuş şəxslər və daha hakimiyyətin işinə yarımayanlar daxildi. Məlumat qaynağımızın iddiasına görə, parlamentin hazırkı tərkibinin təxminən 50 faizi dəyişəcək. Eyni zamanda parlamentdə çoxluqda olan hakim partiya YAP-ın siyahısına da əməlli-başlı əl gəzdiriləcək. Hakim partiyanın siyahısı ilə yeni şəxslər parlamentə düşəcək.

Xəbərdə o da bildirilir ki, hakimiyyət gələn il özünə yaxın olan “müstəqillər”in parlamentdə daha çox yer qazanmasını istəyir. Bununla parlamentin bir partiyanın orqanına çevrilməsi ittihamlarının qarşısını almağı planlaşdırırlar. Məlumatdan aydın olur ki, indi deputat mandatı daşıyanlardan xeylisi növbəti parlament seçkisinə buraxılmayacaq.

Bu məlumatları verən mənbə bizə bir siyahı da təqdim edib. Bu siyahının birmənalı şəkildə doğru olduğunu iddia etmək çətin olsa da, hər halda, kifayət qədər inandırıcıdır.
Ağacan Əbiyev, Rəbiyyət Aslanova, Zeynəb Xanlarova, İlyas İsmayılov, İmamverdi İsmayılov, Fərhad Qəribov, Rafiq Məmmədhəsənov, Madər Musayev, Ceyhun Osmanlı, Astan Şahverdiyev, Ziyad Səmədzadə, Əsabil Qasımov, İqbal Məmmədov, Eldar Quliyev, Xanhüseyn Kazımlı, Mirkazım Kazımov, Fəzail İbrahimli, Rüstəm Xəlilov, Sabir Hacıyev, Şəmsəddin Hacıyev, Etibar Hüseynov, Xanlar Fətiyev, Nəriman Əliyev, Azər Badamov, Mahir Aslanov, Aydın Abbasov  və başqaları.

Siyahı kifayət qədər maraqlı və rəngarəngdir. Və siyahıda adları çəkilən deputatların çoxu artıq bir neçə dəfə mandat alanlardı. Məlumatda bildirilir ki, siyahıda adları olan deputatların bir çoxundan ciddi seçici narazılığı var və faktiki olaraq onlar seçicilərlə heç bir iş aparmayıblar. Buna görə də onlara bir daha mandat verilməməsi qərara alınıb.

Növbəti parlamentin tərkibinə düşməyəcəyi iddia olunan deputatlardan bəzilərinin qələmlərinin məhz siyasi səhv buraxdıqları, ölkə rəhbərliyinin gözündən düşdüyü üçün qırıldığı deyilir. Məsələn, Rəbiyyət Aslanovanın gələn seçkidə iştirak etməyəcəyi çoxlarına bəllidir. Ona görə yox ki, xanım Aslanova artıq yaşlanıb. Rəbiyyət xanımın sağlıq durumunun yerində olduğuna şübhə yoxdur. Onun bir daha mandat ala bilməyəcəyi tibbi yox, siyasi amillərlə bağlıdır.  

R.Aslanovanın oğlu Elnur Aslanov Prezident Administrasiyasında yüksək vəzifə tuturdu, şöbə müdiri idi. Onu bir neçə gün öncə prezident vəzifədən çıxardı. Özü də dini məzhəblərdən birinin Azərbaycandakı əsas dayaqlarından, fiqurlarından olduğu üçün. Düzdür, bu, prezident sərəncamında öz əksini tapmasa da, hər halda, bütün ölkə bildi ki, E.Aslanov niyə PA-dan qovulub. Bu qovulma heç şübhəsiz onun anasının da karyerasına mənfi təsirini göstərəcək.

Aydın Abbasovun növbəti parlamentdə təmsil olunmayacağı da hər kəsə bəllidir. Onun atası, baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasov son 1 ildə hakimiyyətlə kəllə-kəlləyə gəldi. İqtidarın ünvanına ağır bəyanatlar səsləndirdi. A.Abbasov Putinin xeyir-duası ilə yaradıldığı deyilən “Milyarderlər İttifaqı”nın əsas simalarındadır. Bugünlərdə isə A.Abbasov müsahibə verərək hakimiyyətdəki rəqiblərini təhqir etməkdən belə çəkinmədi. İndi belə bir asinin oğlunu parlamentə kim buraxar?..

Deputat İlyas İsmayılovun da növbəti parlamentə düşəcəyi xeyli şübhəli görünür. İ.İsmayılov son dövrlər hakimiyyətə, parlament rəhbərliyinə qarşı barışmaz mövqeyi ilə diqqət çəkir.  

Deputat Ceyhun Osmanlının da vəziyyəti ürəkaçan deyil. Ulduzu yeni-yeni parlayan bu gəncin 2015 planlarının indidən suya düşdüyünü demək olar. O da nurçu şəbəkənin üzvü olmaqda suçlanır və siyasi hakimiyyətin ən yuxarılarında adının qara siyahıya salındığı deyilir.

Beləliklə, iqtidar 2015 hədəflərini indidən saf-çürük edir. Növbəti parlament seçkisinə il yarım qalsa da, hər halda, siyasi planlaşdırma üçün bu müddət o qədər də çox sayılmır. Necə deyərlər, Prezident Administrasiyası üçün parlament seçkisi artıq start götürüb...(musavat)  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Seçki İranda etnik, siyasi və sosial qarşıdurmaları daha da dərinləşdirir...

Beyləqanda qanunsuz sələm işi məşğul olanlar var? - Aidiyyatı qurumlar tədbir görməlidir

Ən çox oxunanalar