Cümə, 28 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Badamlı”, “Sirab”, “Slavyanka”, “Damla” zavodları bağlanır?

“Badamlı”, “Sirab”, “Slavyanka”, “Damla” zavodları BAĞLANMAQ təhlükəsi qarşısında...


İqtisayyat naziri Şahin Mustafayevə müraciət hazırlanır.
 
Su İstehsalçıları Birliyi Azərbaycanda su istehsal edən zavodların rəhbərlərilə birlikdə iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət hazırlayıb.

Bu haqda Modern.az-a Birliyin sədri Dövlət Məmmədov məlumat verib.
 
Sədr bu zavodların bağlanmaq təhlükəsilə üz-üzə olduqlarını diqqətə çatdırıb:
“Vergilər Məcəlləsinə edilən dəyişiklikdən əvvəl ayrı-ayrı bölgələrdə su istehsal edən “Badamlı”, “Sirab”, “Slavyanka”, “Damla” kimi müəssisələr mədən vergisi olaraq suyun 1 kubuna görə 6 manat ödəyirdilər. Bu ildən etibarən 1 kub suyun qiyməti 10 manat olub. Bu məbləğ isə həmin müəssisələr üçün çoxdur. Hesab edirik ki, müəssisələrin Bakıdan kənarda yerləşməsi nəzərə alınmalıdır. Çünki, bölgələrdə yerləşən müəssisələr əlavə olaraq nəqliyyat xərci çəkirlər.
 
Bu baxımdan Su İstehsalçıları Birliyi su istehsal edən müəssisələrin rəhbərləri ilə birgə İqtisadiyyat Nazirliyinə müraciət hazırlayır. Müraciətdə rayonlarda yerləşən müəssisələr üçün mədən vergisinin azaldılmasını istənilir”.
D.Məmmədov verginin bu şəkildə qalacağı təqdirdə müəssisələrin mənfəət götürməyəcəklərini diqqətə çatdırıb:
“Bu isə həmin zavodların bağlanmasına gətirib çıxacaq. Əgər mənfəət olmasa heç kim işləməyəcək.
Əgər mən 100 min kub su işlədirəmsə, 400 min manat əlavə vergi verməliyəm. Əvvəl vergini 6 manatdan verirdimsə, indi üzərinə 4 manat da gəlib. Nəzərə almaq lazıdmır ki, Bakıda yerləşən su müəssisəsi nəqliyyat xərci ödəmir.

Naxçıvandan 1 litr suyun Bakıya gətirilməsi 1500 manata, Gədəbəydən 1 tir suyun Bakıya gətirilməsi 600 manata başa gəlir. Üzərinə də mədən vergisini gələndə müəssisə heç bir mənfəət əldə etmir. Bu şəkildə işləmək isə sahibkarlara sərf etmir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı Neftçalada “Aqropark”ın fəaliyyətə başlamasını niyə istəmir?

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb - Yenilənib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - Yenilənib

Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Konstitusiyaya uyğundur - Qərar, Yenilənib

Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Adıgözəl Qasımov dəfn edilib - Yenilənib

Rusiya hərbi gəmiləri Bakı buxtasında - Fotolar

Azərbaycanda beş seçki dairəsinin adı dəyişdirilib - Siyahı

Cəlilabadda su anbarında batan 11 yaşlı uşağın meyiti çıxarılıb - Yenilənib

Sumqayıtda yanğın zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Pensiyaçılara sevindirici xəbər: Artımın məbləği açıqlandı - Video

Ən çox oxunanalar