Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hesabat: 17 min tələbə pula görə universitetlərdən qovulub


Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komitəsi də bununla bağlı ölkə başçısı İlham Əliyevə xüsusi hesabat təqdim edib


Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin bir neçə gün əvvəl yaydığı açıqlamada bildirilirdi ki, 17 min tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə ali təhsilini davam etdirə bilməyib. 

Bu statistika son 3 ili əhatə edir. Azadlıq.info-nun əldə etdiyi məlumata görə, bu il vəziyyət daha acınacaqlıdır.

Əgər əvvəlki illərdə təhsil haqqını ödəyə bilməyən tələbələrin bir çoxu banklardan kredit götürməklə bu problemi həll edə bilirdilərsə, artıq bu da mümkün deyil. Deməli, təhsil haqqını ödəyə bilmədiyinə görə bu il ali məktəblərdən xaric edilənlər bəlkə də son 3 ildəki qədər olacaq. Qeyd edək ki, hələ qış sessiyasında bir çox universitetlərdə yüzlərlə tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə imtahana buraxılmırdı. İndi yay sessiyası gəlir və problem daha da dramatikləşib.
Bundan başqa tələbələrin əhəmiyyətli hissəsi təhsil xərclərini ödəmək üçün işləmək məcburiyyətindədirlər. Bu halda da dərslərə yiyələnmək çətinləşir və həmin tələbələr əksər hallarda imtahanları kəsirlə başa vururlar.

Nəhayət, imkansızlıq üzündən işləməyə məcbur olan və imtahanları kəsirlə başa vuran bu tələbələr də ali məktəblərdən xaric olunur. Bütün bunlar, xüsusilə təhsil haqqına görə universitetlərdən qovulma tələbələrdə ciddi narazılıq yaradıb. Onların etiraza qalxması an məsələsidir.

Məlumata görə, hətta Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komitəsi də bununla bağlı ölkə başçısı İlham Əliyevə xüsusi hesabat təqdim edib. Həmin hesabatda təhsil haqqı probleminin həllinin vacib olduğu vurğulanır. Bu hesabat göstərir ki, dövlət qurumları da vəziyyətin acınacaqlı olmasının fərqindədir. Amma dollarla götürülən kreditlərdə heç bir güzəştə getməyən hökumətin tələbələrin təhsil haqqı məsələsində hansısa güzəştə gedəcəyi inandırıcı görünmür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Seçki İranda etnik, siyasi və sosial qarşıdurmaları daha da dərinləşdirir...

Beyləqanda qanunsuz sələm işi məşğul olanlar var? - Aidiyyatı qurumlar tədbir görməlidir

Ən çox oxunanalar