Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəqliyyatın “nəzir idarəçiliyi” - Yığılan pullar hara gedir?

“Bizdə nəqliyyatın idarə olunması, nəzirlərin idarə olunmasına bənzəyir. Yəni, hansı qiyməti necə idarə edirlər, bu hansı mənbələrə gedir, baş açmaq olmur”.

Bu fikirləri Bakupost.az -a açıqlamasında millət vəkili Fazil Mustafa Bakıda gediş haqqı 60 qəpik olmaqla yeni E1 ekspres marşrut xəttinin fəaliyyətə başlamasına münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, bütün bunlar vətəndaşların sosial vəziyyətini daha da ağırlaşdırır:

“Bu qərarlar vətəndaşların vəziyyəti nəzərə alınaraq, eyni zamanda müəyyən dərəcədə cəmiyyətlə məsləhətləşmə formasında həll etmək lazım idi. İstədikləri qiyməti qoyurlar, sonra tələb edirlər ki, bu qiymət ödənməlidir. Yoxsul əhalinin bunu ödəmək imkanı yoxdursa, kimsənin vecinə deyil hansısa kompensasiya, subsidiya vasitələrinin nəzərdə tutulması. Ona görə olduqca narahatedici məsələdir. İndiyə qədər hələ bu istiqamətdə müsbət addımların atıldığı görünmür. Həmişə vəziyyət ağırlaşmağa doğru gedir. İstər hava nəqliyyatında, istər ictimai nəqliyyatın vəziyyətilə bağlı hər hansı bir müzakirənin açılmaması özü böyük bir sual yaradır”.

F. Mustafa vurğulayıb ki, keyfiyyət baxımından da yaxşı xidmət göstərilmir:

“Alternativ xidmətin olmaması böyük bir problemlər yaradır. Çünki ictimai nəqliyyatdan istifadə edən həm də benzinin bahalığına görə marşrutdan istifadə edir. Əslində, maraqlı olmalıyıq ki, insanların xeyli hissəsi ictimai nəqliyyata yönəlsinlər. Çünki şəxsi avtomobillə hərəkət böyük tıxac yaradır. Lakin bunu doğru stimullaşdıra bilmirlər. İdarərəetmənin nəqliyyatla bağlı olduqca intellektsiz bir yanaşma mövcuddur. Ona görə də hansı qərarı niyə qəbul etdiklərinin başa düşmək xeyli çətindir".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar