Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neft 75-80 dollar olacaqmı?

Analitik mərkəzlər mövcud qiymətlərin qlobal iqtisadiyyatın bərpasının zəiflədəcəyini gözləyirlər

Bu həftənin ilk günü dünya neft bazarında Səudiyyə Ərəbistanından gələn həyəcanlə xəbərlərin yaratdığı qısamüddətli bahalaşmadan sonra müşahidə olunan ucuzlaşma yenidən qiymətlərin rallisi ilə əvəzlənib.

Xatırladaq ki, martın 7-də Səudiyyə Ərəbistanı ərazisində yerləşən bir neçə neft obyekti Yəmən Husiləri tərəfindən atəşə məruz qalıb. Bloomberg-in Səudiyyənin Energetika Nazirliyinə istinadən yaydığı məlumata görə, hücuma məruz qalan obyektlərdən biri də dünyada ən yaxşı mühafizə olunduğu bildirilən Fars körfəzi sahilindəki Ras-Tənnur ixrac terminalıdır. Ras-Tənnur Səudiyyə Ərəbistanının ən böyük ixrac limanıdır. Limanda 3 neft və neft məhsulları terminalı yerləşir.

Səudiyyənin rəsmi açıqlamasına görə, terminal pilotsuz uçuş aparatları və raketlərlə hücum edilib. Hücum nəticəsində neft terminalları və insanlara hər hansı zədə yetirilməyib. Lakin hücum faktının özü dünya neft bazarında qısamüddətli həyəcanlanmaya səbəb olub. Nəticədə neftin qiyməti 2020-ci ilin yanvarından sonra ilk dəfə 70 dolları keçib. Sonra qiymətlər 68 dollara qədər ucuzlaşsa da, gözlənildiyinin əksinə olaraq bu səviyyədə sabitləşməyərək yenidən 69 dolları keçib.

Bu arada, Səudiyyə Ərəbistanının milli neft şirkəti olan Saudi Aramco aprel ayında Asiya və ABŞ-dan olan alıcılar üçün neftin əksər növləri üzrə qiymətləri qaldıracağını, Avropadakı alıcılar üçün isə əksinə, ucuzlaşdıracağını bəyan edib. Belə ki, Asiya alıcıları üçün Arab Light neftinin 1 barelində 0,4 dollar qiymət artımına gediləcək. Nəticədə bu markanın qiyməti Oman və Dubayın neft səbətinə nisbətən 1,4 dollar yuxarı olacaq. Ümumiyyətlə, Arab Heavy növü istisna olmaqla, Səudiyyənin Asiyaya satdığı bütün neft markalarında 0,2-0,6 dollar artım olacaq.

Səudiyyənin Şimal-Qərbi Avropaya satdığı neft 1 barelə görə 1,5-1,8 dollar, Aralıq dənizi hövzəsinə satdığı isə 1-1,9 dollar ucuzlaşacaq.
Neftin yenidən bahalaşmasına Çində neft istehlakının artdığına dair məlumatlar da təsir göstərib. Belə ki, ilin ilk iki ayında Çində neft idxalı 4,1 faiz artmaqla 89,57 milyon ton təşkil edib.

Bundan əlavə, ABŞ Senatı ölkə iqtisadiyyatı və ev təsərrüfatlarına yardımı nəzərdə tutan 1,9 trilyon dollarlıq dəstək paketini qəbul edib. Paketin bu həftə Nümayəndələr Palatasında yekun olaraq təsdiqlənəcəyi gözlənilir.

Neft bazarında qiymətlərin yüksəlməsinin dünya iqtisadiyyatına, xüsusilə onun pandemiyadan sonrakı bərpasına təsirləri barədə rəylər getdikcə artır. Belə ki, əksər analitiklər hasilatın azaldılması yolu ilə neft qiymətlərinin yüksək həddə gətirilməsinin pandemiyadan böyük zərər çəkmiş iqtisadiyyatlar üçün faciəvi olduğunu bildirirlər. Bahalı neft və neft məhsulları nəinki zəif inkişaf etmiş və inkişaf etməkdə olan, hətta yüksək inkişaf etmiş ölkələrdə belə inflyasiyanı sürətləndirən başlıca amilə çevrilməkdədir.

Pandemiyadan sonra əksər ölkələrdə inflyasiya aşağı səviyyədədir. Lakin neftin bahalaşması bu səviyyələrin tezliklə dəyişməsi, bütün dünyada inflyasiya prosesinin sürətlənməsini şərtləndirəcək. Nəzərə almaq lazımdır ki, pandemiyaya görə tətbiq olunan məhdudiyyətlər qlobal ərzaq qiymətlərində onsuz da ciddi artımlara gətirib çıxarıb. Neft və neft məhsullarının qiymətinin bahalaşması bu prosesi daha da sürətləndirə bilər. Hətta pandemiyadan öncə enerji tələbatını ödəməkdə çətinlik çəkən ölkələrdə indiki bahalaşma daha böyük problemlərə, yanacaq çatışmazlığına və sürətli bahalaşmaya gətirib çıxaracaq əsas amillərdən biri hesab olunur. Analitik mərkəzlər hesab edirlər ki, neftin indiki qiymət artımı bazar qaydalarına söykənməyən, qlobal iqtisadiyyatdakı bərpa sürətinə uyğun olmayan prosesdir. OPEK+ ölkələrinin məqsədyönlü şəkildə bazardan təklifi yığışdırması nəticəsində neft qiymətləri qlobal tələbin artması kimi təbii artım yolundan kənarlaşıb. Bu isə yaxınmüddətli dövrdə istehlakçı iqtisadiyyatlar üçün çox ciddi problemlər vəd edir: onlar zəif iqtisadi bərpa şəraitində bahalı nefti almaq üçün əlavə borclanmaya getməyə məcbur qalacaqlar.

Mərkəzi Bankların ötən il iqtisadiyyata yönəltdiyi trilyonlarla dollarlıq dəstək paketlərinin mühüm hissəsi bilavasitə fond bazarlarına axıb. Bu ildən tətbiq olunan paketlərin əksəriyyəti ev təsərrüfatlarına – yəni istehlakın stimullaşdırılmasına yönəldilir. Neft məhsullarının bahalaşması isə ayrılan vəsaitlərin onların alınmasına sərf olunmasını, real sektorda istehlakın zəif stimullaşmasını vəd edir. Buna görə də güman olunur ki, ən uzağı aprel ayından istehlakçı ölkələr OPEK+ qərarlarına təsir göstərmək üçün hərəkətə keçəcəklər.

Neftin baha qiymətindən udanlar, əlbəttə, hasilatçı ölkələrdir. Nəzərə almaq lazımdır ki, Səudiyyə Ərəbistanı başda olmaqla, büdcəsi yüksək neft qiymətlərinə hesablanan Yaxın Şərq ölkələri üçün neftin 60 dollarlıq qiymət diapazonu heç də əlverişli hesab olunmur. Buna görə də onların qiymətlərin 70 dollar civarında qalmasında marağı böyükdür. Lakin neft idxalından yüksək dərəcədə asılı olan istehlakçı ölkələrin iqtisadiyyatları bu həddə hazır deyil. Türkiyə, Ukrayna, Hindistan kimi nefti demək olar ki, bütünlüklə idxal edən ölkələrdə 70 dollarlıq qiymətlər sürətli inflyasiya, böyük büdcə kəsiri vəd edir. Hətta dünyanın ikinci böyük iqtisadiyyatına malik Çin üçün də bu həddə indiki şəraitdə arzuolunan hesab edilmir. Bütün bunlar isə yaxın həftələrdə neftin ən azı 55 dollar civarına qayıtması üçün istehlakçı ölkələrin hərəkətə keçəcəyi gözlənilir.

Qeyd edək ki, neft hasilatçısıolan Azərbaycan üçün də mövcud qiymətlər böyük üstünlük yaradır. 2021-ci ilin dövlət büdcəsinin neftin 40 dollarlıq qiymətinə əsasən hesablandığını nəzərə almaqla, bundan yüksək qiymətlərin ölkəyə əlavə gəlirlər gətirəcəyini gözləmək olar. Əlavə gəlirlərin dövlət büdcəsi vasitəsilə işğaldan azad olunmuş ərazilərdəki bərpa işlərinə yönəldilməsi gözlənilir. Bu isə inflyasiya prosesinin sürətlənməsinə, əhalinin gəlirlərinin mühüm bir hissəsinin inflyasiyanın yeminə çevrilməsinə gətirib çıxara bilər. (musavat.com)

pia.az 


Etiket: Neft


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay