Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirə məxsus olduğu deyilən şirkət məhkəməyə müraciət etdi

Azərbaycanın ən iri sığorta şirkətlərindən biri olan “Qala Sığorta” ASC “AsTexnoservis” MMC-ni məhkəməyə verib.

Qaynarinfo xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. İşin mahiyyəti isə sığorta müqaviləsi üzrə mübahisələrdən ibarətdir.

“AS Texnoservis” MMC 30 avqust 2012-ci ildə qeydiyyata alınıb.

Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Əhmədov Elmar Subar oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi hər hansı məlumat yoxdur.

“Qala Sığorta”ya gəlincə, ASC 15 yanvar 1999-cu ildə qeydiyyata alınıb.

Nizamnamə kapitalı 8 944 447 AZN-dir.

ASC-nin qanuni təmsilçisi Allahverdiyev Fuad Kamran oğludur.

Mediada gedən məlumatlara görə, “Qala Sığorta”nın əsl sahibi Maliyyə naziri Samir Şərifovdur.

Məlumatlarda deyilir ki, “Qala Sığorta” Azərbaycanın ilk sığorta şirkəti olan “AzReTəkrarsığorta” ASC-nın səhmləri əsasında fəaliyyət göstərir.

2007-ci ildə yaradılan “AzReTəkrarsığorta” həmin il “Qarant sığorta” ilə bərabər lisenziya alıb.

Maliyyə Nazirliyinin 6 dekabr 2007-ci il tarixli qərarı ilə fəaliyyətə başlayan “AzRe Təkrarsığorta” 8 ildən sonra bütün səhmlərini “Qala Sığorta”ya satıb.

“AzReTəkrarsığorta”nın da Samir Şərifova məxsus olduğu deyilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay