Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO-ya qoşulmazdan əvvəl Ukraynaya təhlükəsizlik zəmanəti veriləcək - AK prezidenti

NATO-ya üzv ölkələr Ukrayna Şimali Atlantika Alyansına qoşulmazdan əvvəl ona bir sıra təhlükəsizlik təminatları verə bilər...

Poliqon "Guardian"a istinadən xəbər verir ki, belə bir təkliflə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen çıxış edib.

O, Ukraynanı lazımi silahlarla təmin etməyi təklif edib.

Qəzet yazdığı ki, NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammiti öncəsi üzv ölkələr arasında Ukrayna üçün təhlükəsizlik təminatının forması ilə bağlı müzakirələr intensivləşir.

Avropa Komissiyasının sədri bəyan edib ki, Ukraynanın gələcək təhlükəsizlik statusu üçün tarixi nümunələrdən istifadə edilə bilər, lakin o, konkret nədən bəhs etdiyini açıqlamayıb. Nəşr bildirir ki, bu, Finlandiyanın İkinci Dünya Müharibəsindən sonra Aİ-yə daxil olana qədər tutduğu neytrallıq mövqeyi ola bilər.

Ursula fon der Leyen deyib ki, NATO üzvləri birlikdə “Ukraynanı Rusiyanın gələcək hücumlarına qarşı gücləndirə biləcək hərbi texnika vasitəsilə” təcavüzün qarşısını alacaq bir sıra zəmanətlər verə bilərlər. Onun sözlərinə görə, "Ukraynanın dostlarının uzunmüddətli perspektivdə olması" vacibdir.

Qeyd edək ki, 2022-ci ilin sentyabrında Ukrayna sürətləndirilmiş şəkildə Alyansa qoşulmaq üçün ərizə təqdim edib. 2023-cü ilin mayında NATO-nun baş katibi Yens Stoltenberq Kiyevə səfər edib və Alyansın Ukraynanın üzvlüyü ilə bağlı razılığa gəldiyini, lakin müharibənin bitməsini gözləmək lazım olduğunu deyib.

Bundan sonra prezident Volodimir Zelenski bildirib ki, iyulda keçiriləcək NATO sammitində Ukrayna Alyansa qoşulmazdan əvvəl tərəfdaş ölkələrdən təhlükəsizlik zəmanəti almağa çalışır.

Daha sonra “The New York Times” yazıb ki, Ukrayna Qərbi Almaniyadan nümunə götürərək əraziləri işğaldan azad etmək üçün NATO-ya qoşula bilər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Ən çox oxunanalar