Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO ölkələri Rusiyada silah istehsalının sürətindən narahatdır

NATO ölkələri Rusiyanın hərbi imkanları və müdafiə alyansı üçün təhdidləri ilə bağlı yeni qiymətləndirmə hazırlayıb...

Poliqon xəbər verir ki, bu barədə Financial Times qəzetinin məlumatında bildirilir. Məlumatda qeyd olunur ki, Qərb hökumətlərinin Rusiyadan gələn təhlükə və onun hərbi-sənaye kompleksinin inkişaf tempi ilə bağlı narahatlığı artıb.

Böyük Britaniya Müdafiə Nazirliyinin rəsmisi nəşrə bildirib ki, Rusiyanın “müharibə niyyəti” hələ də qalmaqdadır.

“Ukraynadakı quru qoşunları tənəzzüldədir, lakin Rusiyanın hava qüvvələri və donanması böyük ölçüdə qorunub saxlanılıb və Rusiya əsas nüvə dövləti olaraq qalır”, deyə Britaniya rəsmisi deyib.

FT yazır ki, əksər Qərb rəsmiləri Rusiyanın 5-6 il ərzində “gücünü bərpa edə biləcəyini” gözləyirlər. Qeyd edilir ki, 2022-ci ildə Rusiya hərbi-sənaye kompleksinin canlanması Qərbdə çoxlarının qeyri-mümkün hesab etdiyi sürətlə baş verib.

FT qeyd edir ki, NATO-nun birgə komandanlığı və alyansın Almaniyanın cənubundakı Ulm şəhərindəki komandanlıq mərkəzi NATO qüvvələrinin bütün Avropada yerləşdirilməsi planı üzərində işləyir. Bundan əlavə, alyans komandanlığı milli enerji ehtiyatlarının dayanıqlılığı və kommunikasiya şəbəkələrinin təhlükəsizliyi, eləcə də infrastrukturun, o cümlədən avtomobil və dəmir yollarının çoxlu sayda hərbi texnikaya uyğunlaşdırılması üzərində işləyir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Azərbaycanda bankların adından fişinq cəhdləri həyata keçirilir

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bibiheybət ziyarətgah kompleksini ziyarət edib

Ən çox oxunanalar