Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Cəfərli: ““Şahdağ Turizm Mərkəzi” niyə hər il büdcədən dotasiya almalıdır ki?!”

““Şahdağ Turizm Mərkəzi” QSC-yə 2023-cü ilin dövlət büdcəsindən 56 milyon manat dotasiya ayrılacaq, kompleks fəaliyyətə başlayandan bu günə hər il büdcədən dotasi alıb. Kompleksin tikintisi isə təqribən, 2 milyard dollara başa gəlib, ölkə tarixində ən rentabelsiz, büdcəyə yük olan layihələrdən biridir”...

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

N.Cəfərli qeyd edib ki, “Şahdağ Turizm Mərkəzi”nin idarəetməsi Andorrada qeydiyatdan keçmiş PGI Management (Pas Grau Internacional Management) şirkətindədir, 1957-ci ildən fəaliyyət göstərir: ““PGI Management” şirkəti Ərzurumda (Grand Erzurum), Fransada (Gavarnie-Gèdre), Argentinada (El Calafate), Qazaxstanda (Çimbulak) fəaliyyət göstərir, kurortların idarəedilməsində iştirak edir, amma nə Türkiyə, nə Fransa, nə Argentina, nə də Qazaxstan büdcəsindən dotasiya almırlar. Yaxşı, dövlət vəsaiti ilə tikilmiş, Mədəniyyət Nazirliyinin nəznində olan “Şahdağ Turizm Mərkəzi” niyə hər il büdcədən dotasiya almalıdır ki?! Yaxşı, dövlət niyə “Şahdağ Turizm Mərkəzi”nin otellərinə dotasiya verir, amma, məsələn, yaxınlıqda fəaliyyət göstərən başqa özəl otellərə pul ayırmır?! Bəs ədalətli rəqabət harda qaldı?! “Şahdağ Turizm Mərkəzi”nin otelləri ziyanla işləyirsə, bunun səbəblərini araşdıran olubmu?! Bəlkə elə xərcləri azaltmaq lazımdır, çünki qiymətlər bahadır, otellər dolu olur, bəs ziyan harda yaranır?! Bəlkə elə xərcləri şişirtməklə mənimsəmə baş verir, korrupsiya bəlkə əsas səbəb korrupsiyadır?! Bir daha qeyd etmək lazımdır ki, dövlət biznesdə ən pis menecerdir, nə vaxt birbaşa biznesdə iştirak edirsə, zayını çıxarır, dövlətin iqtisadiyyatda əsas işi ədalətli hakim olmaq və əlində olan vergi-gömrük alətləri, güzəştli kredit faizləri ilə ağıllı müdaxilələr etməklə tənzimləyici rolunda çıxış etməkdir... Dövlət Turizm Agentliyindən zəng etdilər, bəzi məlumatlar verdilər, operativ reaksiya üçün təşəkkür edirəm, dedilər ki, 56 milyon manat ölkə üzrə bütün dotasiyaların dəyəridir, “Şahdağ Turizm Mərkəzi” QSC-yə isə 12 milyon manat ayrılır 2023-cü ildə...”

pia.az


Etiket: Natiq Cəfərli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Rusiya sülhməramlı kontingentinin hərbi texnikasının növbəti partiyası Xocalıdan daşınır - Video

Ən çox oxunanalar