Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nar” yerli telekom peşəkarlarını yetişdirir - Foto

“Nar” Azərbaycan Texniki Universiteti (AzTU) ilə birgə tələbələr üçün “Mobil rabitənin əsasları” təlimi təşkil etdi. Rabitə sahəsinin peşəkar kadrlarını hazırlamaq məqsədilə keçilən təlim “Nar” GSM laboratoriyasında baş tutub...

“Nar”ın peşəkar texniki heyəti tərəfindən hazırlanan təlimlərin mövzusu müxtəlif nəsil mobil texnologiyaların iş prinsiplərini, əşyaların interneti və cihazlararası bağlantı kimi sahələri əhatə edib. Təlimdə iştirak edən tələbələr təcrübədə əldə edilən biliklərə yiyələnir və gələcək işləri barədə bilmək istədiklərini “Nar” texniki heyətindən öyrənib. Sonda tələbələr “Nar”ın sertifikatı ilə təltif edilib.

Budəfəki təlim zamanı, “Nar” GSM Laboratoriyası üçün 10 ədəd müasir noutbuk da təqdim edilib. Xüsusi proqram təminatları vasitəsilə bu noutbuklar GSM avadanlığının işini tənzimləyir və tələbələrə verilən tapşırıqları daha operativ həyata keçirməyə imkan yaradıb.

2013-cü ildə imzalanmış əməkdaşlıq memorandumu əsasında universitetin nəzdində yaradılan “Nar” GSM laboratoriyası tələbələrin mobil rabitə cihazlarını istifadə və tədqiq etməyə imkan yaradıb. Artıq 10 ildir ki, “Nar” və AzTU arasında faydalı əməkdaşlıq uğurla davam edib.

“Nar” layihələri haqqında ətraflı məlumatı nar.az/projects səhifəsindən əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Pakistan sıxılmış qaz almaq üçün Rusiya ilə danışıqlar aparır

Pavel Durov Hüseyn Həsənovla səhər yeməyi yeyib

Xərçəng böhranı : ABŞ şirkəti anti-Rusiya sanksiyalarına görə müflis olur...

Azərbaycanda 600-dən çox bal toplayan iki nəfər ali məktəbə qəbul olmayıb

Ən çox oxunanalar