Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müzəffər, qalib xalqın qalib idmançıları

Azərbaycanın ən qədim milli idman növlərindən biri və əsası idmanın güləş növüdür. Bu bizim əzəldən döyüşkənliyimizi ifadə edir. Xalqımız yaranışdan döyüşkən xalq olub. Pəhləvanlarımız el şənliklərində, milli bayramlarda qurşaq tutar, güləşərdilər. Ən çox pəhləvanlar əsasən türk milliyyətindən olur. Pəhləvanlıq türkün yenilməzliyinin ifadəsi, göstəricisidir. Xalqımız həmişə qürurlu, yenilməz, məğlubolmaz olub.

Təsadüfi deyildi ki, Ermənistan ordusu Azərbaycana təcavüz edərkən və 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayaraq talan edərkən dünyanın bir çox güclü ölkələri Ermənistanı dəstəkləyir, onlara hər cür köməklik göstərirdi. Lakin Azərbaycan xalqı sınmadı, mübarizə apardı və Azərbaycan pəhləvanları - oğulları bir dəfə ayağa qalxdı və erməni quldurlarının havadarlarının sayəsində işğal etdikləri torpaqlarımızı 44 gün ərzində döyüşərək geri aldılar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “İkinci Qarabağ müharibəsi zamanı mənfur düşmən döyüş meydanında məğlub olarkən, qaçarkən 10 min fərari verərkən ən çirkin əməllərə əl atmışdır. Erməni ordusu dinc insanlara qarşı terror əməllərinə əl atmışdır. Bizim şəhərlərimiz, dinc şəhərlərimiz gecə vaxtı ballistik raketlərlə atəşə tutuldu. 100-dən çox dinc insan, onların arasında uşaq, yaşlı, qadın bu namərd atəş nəticəsində həlak oldu”.

Ermənilər dinc əhalini atəşə tutduğu halda Azərbaycan əsgəri heç bir dinc erməni əhalisinə zərər verməmiş, yalnız düşmənlə döyüş meydanında üz-üzə gələrək onlara layiqli cavab vermişdir.

Belə döyüşkən, pəhləvanlar yetirən ulu bir xalqın övladları yalnız belə olmalıdır - mərd-mərdanə döyüşməli, qələbə çalmalı, müzəffər olmalıdır.
Döyüşdə, vətən uğrunda, haqq savaşında qalib olan Azərbaycanın idmançıları bu gün diqqət mərkəzindədir. Odur ki, indiki bir vaxtda Azərbaycana hər sahədə yalnız qələbə yaraşır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Cəmi 44 gün ərzində böyük tarixi qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir.

İdmançılarımız yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və bu onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir.

Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır”.
Budapeştdə keçirilən Avropa çempionatında azərbaycanlı güləşçilər qürur hissi ilə çıxış edərək qalibiyyət qazandılar. Vətənə 16 medal gətirdilər. Bu qələbə Azərbaycanın şöhrətini daha da yüksəklərə qaldırdı. Bu çempionatda 16 medaldan birini qadın idmançımız, qalan 15 medalı isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazanıb və hər iki güləş növü üzrə komandalarımız Avropada birincilik əldə ediblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Vətənpərvərliyi gücləndirən amillərdən biri tarixi-hərbi zəfərimizdir və idman uğurlarımızdır.
Gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir.

İki ildən sonra Parisdə Yay Olimpiya Oyunları keçiriləcək. Gələcək yarışlarda Azərbaycan mütləq birinci sıralarda olacaq. Vaxta az qalıb və nəinki güləş, eyni zamanda, bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa indidən hazırlaşmalıdırlar. Növbəti Olimpiya Oyunlarında Azərbaycan çox uğurla çıxış edə bilər. Gələcək yarışların nəticələrinə baxmayaraq əsas odur ki, idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etsinlər. Necə ki, bu günə qədər ləyaqətlə təmsil ediblər”.

Şəhla Ağbulud - Abşeron” qəzetinin baş redaktoru

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Şuşaya köçən daha 16 ailəyə açarları təqdim edilib - Fotolar

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat...

Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay