Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibənin Azərbaycan iqtisadiyyatına təsirləri... - Keçmiş maliyyə nazirindən şərh

Ermənistandan fərqli olaraq Azərbaycan iqtisadiyyatı bu və ya digər şəkildə müharibədən ziyan çəkdimi?..

Keçmiş maliyyə naziri: “Müharibə şəraitində bir çox müəssisələrimiz müdafiə fonduna ianələr köçürüblər. Əgər müharibə olmasaydı bu vəsaitlərin təyinatı da başqa ola bilərdi”.

“İndi Ermənistanın xaricdə yaşayan və az çox ağlını itirməmiş siyasətçiləri bu müharibədən sonara de-fakto Ermənistan dövlətinin məhv olduğunu, onun yalnız kağız üzərində de-yure formal bir dövlət kimi qaldığını etiraf edirlər”.

Bu sözləri keçmiş maliyyə naziri Fikrət Yusifov vətən müharibəsinin Azərbaycan iqtisadiyyatına təsirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi Azərbaycan iqtisadiyyatı onsuz da koronavirus pandemiyası və dünya bazarında neftin aşağı qiymətləri fonunda vəziyyəti yaxşı deyildi. Qarabağ cəbhəsində əks-hücum əməliyyatlarının təsiri isə hələ məlum deyil.

Dövlət rəsmləri müharibə şəraitinin iqtisadiyyata necə təsir etməsi barədə heç bir məlumat vermir.

Xatırladaq ki, bir neçə ay bundan əvvəl İqtisadiyyat naziri Mikayıl Cabbarov demişdi ki, COVİD-19 pandemiyası dövründə Azərbaycan iqtisadiyyatı gündəlik 120-150 milyon manat itirir.

44 günlük müharibənin Azərbaycan iqtisadiyyatına təsirləri oldumu? Ermənistandan fərqli olaraq Azərbaycan iqtisadiyyatı bu və ya digər şəkildə müharibədən ziyan çəkdimi?

Mövzunu PİA.az-ın əməkdaşı keçmiş maliyyə naziri, professor Fikrət Yusifov ilə müzakirə edib.

Fikrət Yusifov: “Bizimlə müharibə edən faşist Ermənistan dövləti 44 gündə 2 illik büdcəsi qədər hərbi texnika və bu qəbildən olan digər sursatlar itirdi”.

İstənilən müharibənin bir ölkənin iqtisadiyyatına və onun maliyyə durumuna mənfi təsir etdiyini xatırladan keçmiş maliyyə naziri PİA.az-a açıqlamasında bildirib ki, atılan hər güllə, hər mərmi, istifadə olunan hər dron kamikadze, zrehli texnika - bir sözlə, döyüş meydanında itirilən nə varsa - bu itki deməkdir:

“İstənilən müharibə ölkənin iqtisadiyyatına və onun maliyyə durumuna mənfi təsir edir. Çünki müharibə əlavə xərclər və resurslardan maksimum istifadə deməkdir. Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda 44 gün ərzində apardığı müharibə dayanmadan, sutkada 24 saat aprılıb. Atılan hər güllə, hər mərmi, istifadə olunan hər dron kamikadze, zrehli texnika - bir sözlə, döyüş meydanında itirilən nə varsa - bu itki deməkdir.

Müharibə şəraitində bir çox müəssisələrimiz müdafiə fonduna ianələr köçürüblər. Əgər müharibə olmasaydı bu vəsaitlərin təyinatı da başqa ola bilərdi. Odur ki, müharibənin ölkəmizin iqtisadiyyatına və maliyyə durumuna təsirlərindən danışarkən bu məqamları göz önünə gətirmək lazımdır.

Fikrət Yusifov: “Azərbaycan işğalçı düşmən dövlətdən fərqli olaraq geniş iqtisadi və güclü maliyyə imkanlarına malikdir”.

Başqa bir məsələ isə budur ki, biz mənfur işğalçı düşmən dövlətdən fərqli olaraq geniş iqtisadi və güclü maliyyə imkanlarına malikik. Məhz bu imkanlar bizim döyüş meydanında düşməndən dəfələrlə güclü olmamızı təmin etdi. Bizimlə müharibə edən faşist Ermənistan dövləti isə 44 gündə 2 illik büdcəsi qədər hərbi texnika və bu qəbildən olan digər sursatlar itirdi.

Dilənçi kökündə yaşayan, silah sursatını havayı alan, iddiası isə başından 10 dəfə yuxarı olan, beyinləri yuyulmuş xəstə təxayüllü adamcıqların yaşadığı bir ölkənin aqibəti sonda belə olmalı idi. İndi Ermənistanın xaricdə yaşayan və az çox ağlını itirməmiş siyasətçiləri bu müharibədən sonara de-fakto Ermənistan dövlətinin məhv olduğunu, onun yalnız kağız üzərində de-yure formal bir dövlət kimi qaldığını etiraf edirlər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

ABŞ İsraili Beyrutdakı “Hizbullah” hədəflərinə hücum etməməyə çağırıb

Bloomberg: Koreya yarımadasındakı müharibə dünyaya 4 trilyon dollara başa gələ bilər

Ən çox oxunanalar