Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müəllimlərə qızıl hədiyyə edilən məktəblərin direktorları cəzalandırıldı

Göstərilən halların yenidən baş verməməsi üçün valideynləri belə təşəbbüslərdən çəkinməyə çağırırıq...

Abşeron rayonu Xırdalan şəhər 1 və 9 nömrəli tam orta məktəbin direktorları barəsində intizam tənbehi tədbiri tətbiq olunub.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, sosial şəbəkələrdə Abşeron rayonu Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin dördüncü sinif və Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin birinci sinfinin tədris ilinin yekunu ilə əlaqədar keçirilmiş tədbirləri ilə bağlı videogörüntülər yayımlanıb.

Hər iki məsələ ilə bağlı xidməti araşdırma aparılıb. Araşdırmanın nəticəsi ilə bağlı bildiririk ki, 10.06.2023-cü il tarixində Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın, 11.06.2023-cü il tarixində Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Cəlalə Abdullayevanın iştirakı ilə tədbir keçirilib. Tədbirlə bağlı yayılan videogörüntülərdə valideynlər tərəfindən ibtidai sinif müəllimlərinə qiymətli hədiyyənin təqdim olunması əks edilib.

Qeyd edilib ki, bu tipli tədbirlərin təşkilinə ciddi nəzarətin olmamasına görə Abşeron rayonu Xırdalan şəhər 1 və 9 nömrəli tam orta məktəbin direktorları barəsində intizam tənbehi tədbiri tətbiq olunub. Eyni zamanda müəllimlərlə söhbət aparılıb.

Bildiririk ki, sözügedən hərəkətlər müəllimlərin etik davranış qaydalarını, xüsusilə ictimai etimad prinsipini pozmaqla müəllimin peşə nüfuzuna xələl gətirir.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində müəllimlərin peşə fəaliyyətinə zidd olan belə hallara yol verilməməsi ilə bağlı dəfələrlə məktəb rəhbərlərinə təlimat və tapşırıqlar verilib, bu və ya digər hallarla əlaqədar müxtəlif cəza tədbirləri həyata keçirilib.

Göstərilən halların yenidən baş verməməsi üçün valideynləri belə təşəbbüslərdən çəkinməyə çağırırıq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

Ən çox oxunanalar