Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MSK 9 bələdiyyədə seçkinin nəticələrini ləğv edib, nöqsanlara görə 12 məntəqə seçki komissiyası buraxılıb

Mərkəzi Seçki Komissiyası (MSK) 9 bələdiyyədə seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib

APA-nın xəbərinə görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında bildirilib.

Bunlar 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsində Varxan bələdiyyəsi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində Ağdaş bələdiyyəsi, 80 saylı İmişli-Beyləqan seçki dairəsində Boşçağlar bələdiyyəsi, 81 saylı Beyləqan seçki dairəsində Təzəkənd, Milabad bələdiyyələri, 82 saylı Ağcabədi seçki dairəsində Şənlik bələdiyyəsi, 86 saylı İsmayıllı seçki dairəsində Tağlabian bələdiyyəsi, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində Əmirli, 89 saylı Göyçay-Ağdaş seçki dairəsində Xosrov bələdiyyəsidir.

Həmçinin 39 seçki məntəqəsi üzrə seçkinin nəticələri etibarsız sayılıb. Sənəddə yol verdiyi nöqsanlara görə eyni zamanda 12 məntəqə seçki komissiyası buraxılıb. Bunlar 22 saylı Nəsimi II seçki dairəsi üzrə 5,6, 7 saylı, 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə 9 saylı, 24 saylı Nizami I seçki dairəsi üzrə 3,4 saylı, 61 saylı Neftçala seçki dairəsi üzrə 14 saylı, 69 saylı Cəlilabad-Masallı seçki dairəsi üzrə 8, 10 saylı, 84 saylı Füzuli seçki dairəsi üzrə 4 saylı, 111 saylı Zaqatala-Balakən seçki dairəsi üzrə 3 saylı, 119 saylı Ağdam kənd seçki dairəsi üzrə 13 saylı məntəqə seçki komissiyalarıdır.

pia.az


Etiket: Seçki


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Ən çox oxunanalar