Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mossad İsraildə baş verən iğtişaşları dəstəkləyib?

ABŞ Müdafiə Nazirliyindən sızan sənəd İsrail cəmiyyətini qarışdırıb...

İsrail hökuməti İsrailin məhkəmə sisteminin yenidən qurulmasına qarşı başverən ümummilli etirazların Mossad tərəfindən dəstəklədiyinə dair iddiaları rədd edib.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyinin xəbərində bildirilir. Nəşr yazır ki, belə bir iddia Pentaqonun sızdırdığı iddia edilən sənədlərdə əks olunub.

Xatırladaq ki, şənbə günü New York Times qəzeti Mərkəzi Kəşfiyyat İdarəsinin bir hesabatını dərc edib və dərc edilən bu sənədlərdə Mossad rəhbərliyinin öz işçilərini və İsrail vətəndaşlarını kütləvi etirazlara qoşulmağa təşviq etdiyi qeyd olunur. Lakin qəzet bildirib ki, sızdırılan sənədlər orijinal görünsə də, bu, onların dəqiq olması demək deyil.

Baş nazir Benyamin Netanyahunun ofisi açıqlamasında bu hesabatı “yalançı və heç bir əsası olmayan” sənəd adlandırıb:

“Mossad və onun yüksək vəzifəli məmurları agentlik işçilərini hökumət əleyhinə nümayişlərə, siyasi nümayişlərə və ya hər hansı siyasi fəaliyyətə qoşulmağa təşviq etməyiblər və etmirlər”, deyə İsrailin Baş nazirinin bəyanatında deyilir.

Qeyd edək ki, hakimiyyət tərəfindən məhkəmə islahatı ilə bağlı təklif olunan qanun parlamentə Ali Məhkəmənin qərarlarını ləğv etməyə və hakim təyinatlarına nəzarət etməyə imkan verəcək.

Həftələrlə davam edən nümayişlərdən sonra Netanyahu martın sonunda geri addım ataraq müxalifət partiyaları ilə kompromis danışıqlarına imkan yaratmaq üçün mübahisəli məhkəmə islahatlarını qanununun parlamentdə müxakirəsini təxirə salıb.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi Müdafiə Nazirliyindən məxfi sənədlərin sızması ilə bağlı araşdırmaya başladığını bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar