Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MM-in Komitə sədri: “Həkim və dərman şirkətlərinin əməkdaşlığı var”

“Bu gün həkim və dərman satışı ilə məşğul olan şirkətlərin əməkdaşlığı var”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, bu gün ölkədə dərman vasitələri ilə bağlı problemlərin əsas səbəbi daxili istehsalın olmamasıdır: “Digər məqam ölkəyə dərmanların böyük əksəriyyətinin xaricdən gətirilməsidir. Şübhəsiz ki, bu da keyfiyyət və qiymətə ciddi təsir edir. Məndə olan məlumata görə, Ələt azad iqtisadi zonasında dörd dərman fabrikinin istehsalına icazə verilib, birinin isə inşasına başlanılıb. Ona görə də hesab edirəm ki, dərman istehsalı hər birimizi narahat edən məsələlərin həllinə kömək edəcək”.

Ə.Əmiraslanov vurğulayıb ki, xəstə istədiyi dərmanı yox, həkimin təyin etdiyi molekul formulası göstərilən dərmanı qəbul etməlidir: “Kimsə kefi istəyəndə adı və ya qabı xoşuna gələn dərmanı alıb içməməlidir. Həkimlər tərəfindən də bu sahədə sui-istifadə halları var. Elektron resept məsələsi boşuna gündəmə gəlməyib. Bu gün həkim və dərman satışı ilə məşğul olan şirkətlər arasında sövdələşmələr olur. Hər addımda bunun şahidi oluruq. Bəzən lazım olmayan dərmanlar xəstələrə yazılır. Elektron reseptlə bütün bunların qarşısı alınacaq. Həkim resept yazanda biləcək ki, mütəxəssis nəzarət edəcək. Əvvəl resept yazılanda həkim deyirdi ki, get dərmanı filan aptekdən al, bundan sonra bunu edə bilməyəcəklər”.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı sərəncam

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Ən çox oxunanalar