Mingəçevir şəhərində10 yaşlı qız zəhərlənərək ölüb...
Mingəçevir şəhər sakini, 2013-cü il təvəllüdlü qızın ölməsi faktı ilə bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
***
"Report"un xəbərinə görə, şəhər sakini, 2013-cü il təvəllüdlü Leyla Quluzadə zəhərlənmədən xəstəxanaya yerləşdirilib.
Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin ehtimala görə, azyaşlı dərman vurulmuş ağacdan alça yedikdən sonra zəhərlənib.
Poliqon.info