Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur rusiyalı bəstəkar Bakıda konsert verəcək

Fevralın 23-də Heydər Əliyev Sarayında Sankt-Peterburqdan olan məşhur dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun iştirakı ilə “Cinema Hits Show” konsert proqramı keçiriləcək

Saraydan Teleqraf.com-a verilən məlumata görə, konsertdə dünyaca məşhur bəstəkarlar Ennio Morricone, Ramin Cavadi, Vladimir Kosma, Nino Rota və digərlərinin əsərləri təqdim olunacaq.

İP Orchestranın təqdimatında “Titanic”, “The Godfather”, “Game of Thrones”, “Fifth Element”, “Sherlock Holmes”, “Star Wars”, “Pirates of the Caribean”, “Harry Potter”, “Kill Bill”, “Pink Panther”, “Pretty Woman”, “Джентльмены удачи”, “Бриллиантовая рука” və sairə əfsanəvi kinofilmlərdən musiqilər səsləndiriləcək.

Biletləri Heydər Əliyev Sarayının kassasından, iticket.az saytından onlayn, “ASAN xidmət”, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

İqor Ponomarenko dəfələrlə Azərbaycanda böyük konsert proqramları ilə çıxış edən məşhur rus musiqiçi, dirijor, bəstəkar və IP Orchestra layihəsinin rəhbəridir. 2000-ci ilə qədər məşhur "Terem-Quartet"-in musiqiçisi kimi tanınmışdı, sonradan - "Ma.Gr.Ig.Al." qrupunu yaratdı.

Ponomarenko dirijor kimi Dubayda debüt etdi - "Transformers" filminin musiqisinə yazılmış yeni "Concordia" layihəsini təqdim etdi. Rusiyada və xaricdə konsert fəaliyyəti ilə uğurla məşğuldur. Hal-hazırda Rusiyada Dima Bilan, Bi-2, Moral Codeks, Leninqrad, xarici səhnədən isə Ken Hensley kimi məşhur ifaçılarla əməkdaşlıq edir.

Saat 19:00-da başlayacaq şounun biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz. Biletlərin qiyməti 10- 60 manat təşkil edir.

pia.az


Etiket: Bakı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Ən çox oxunanalar