Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Məsələnin Rəşada aidiyyəti yoxdur” - AzTV-nin Bədii Şurasından açıqlama

Əməkdar artist Rəşad İlyasovun Azərbaycan Dövlət Televiziyasının (AzTV) solistliyindən çıxarılması barədə məlumat yayılıb

Buna səbəb onun müğənni Rüfət Axundovla Space TV-nin efirində oxuduğu söyüşlü duetidir.

PİA.az xəbər verir ki, “Qafqazinfo” mövzu barədə AzTV-nin “İctimai-siyasi proqramlar” redaksiyasının baş redaktoru Sərvər Bayramovla əlaqə saxlayıb. Kanal rəsmisi açıqlamasında bildirib ki, bu cür məsələlərlə Bədii Şura məşğul olur və onların hələ ki, iclası keçirilməyib.

Bədii Şuranın üzvü, Xalq artisti Mübariz Tağıyev isə “Qafqazinfo”ya danışaraq mövzunun Bədii Şuraya aid olmadığını bildirib:

“Mövzudan xəbərim var. Bu, Bədii Şuralıq deyil. Çünki AzTV-nin efirində baş verməyib. Rəşad İlyasovun solistlik məsələsi isə başqa dairələrdə həll olunacaq. Mənə elə gəlir ki, həmin ifadələr Rüfət tərəfdən olub. Rəşad İlyasovun isə efirdə mikrofonu işarə etməsi məsələsi də var. Rəşad rejissora deyə bilər ki, mikrofonu aç, mahnıya canlı oxuyub qoşulmaq istəyirəm. Efirdə belə şeylər olur. Bir işarə edirsən, bəstənin nəqarətinə qoşulmaq istədiyini bildirirsən. Yanında baş verənlərin Rəşada aidiyyəti yoxdur”.

Bundan əlavə, M. Tağıyev hər iki ifaçını tənqid də edib: “Sözün düzü, onlardan bunu gözləmirdim. Bu şit zarafatdır, nədir? İkisi də tərbiyəli uşaqdır. Bu nədir belə? Başım çıxmadı”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Dəniz kənarında batan avtomobili çıxarmaq üçün çağırılan evakuator da batdı

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay