Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhkəmə Sahil Babayevin əmisi oğlu ilə bağlı qərar verdi

Dövlət Təhlükəsizik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev barəsində məhkəmə qərar verib.

PİA.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, R.Babayevlə bağlı DTX-nın təqdimatına Səbail Rayon Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

R.Babayev külli miqdarda rüşvət almaqda təqsirli bilinib. Ona Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.

Qeyd edək ki, Rəşad Babayevin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmisi oğlu olduğu bildirilir. O, bundan əvvəl DGK-də Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini, Tovuz Gömrük İdarəsinin rəisi vəzifələrində çalışıb.

Xatırladaq ki, sözügedən əməliyyat zamanı DGK-nin Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov da saxlanılmışdı. DTX tərəfindən Gömrük Komitəsində keçirilən daha öncəki əməliyyatda isə “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov həbs edilmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

ABŞ İsraili Beyrutdakı “Hizbullah” hədəflərinə hücum etməməyə çağırıb

Bloomberg: Koreya yarımadasındakı müharibə dünyaya 4 trilyon dollara başa gələ bilər

Ən çox oxunanalar