Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Media: Bu, Montrö Konvensiyasını pozacaq, Türkiyə risk vəziyyətində olacaq...

NATO-ya üzv ölkələrin gəmiləri tərəfindən Qara dənizdə taxıl gəmilərinin müşayiəti Montrö Konvensiyasını pozacaq, Türkiyə risk vəziyyətində olacaq...

Poliqon xəbər verir ki, bu barədə Türkiyənin Milliyet qəzeti yazır.

Xatırladaq ki, bundan əvvəl NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandanı, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis ABŞNATO ölkələri Qara dənizdə taxıl daşıyan gəmiləri müşayiət edə və təhlükə yaranarsa, Rusiyaya atəş aça biləcəyini bildirib.

Qəzet qeyd edir ki, belə bir addımın həyata keçirilməsi Montrö Konvensiyasının pozulması deməkdir və NATO gəmiləri Türkiyə boğazlarından keçib Qara dənizə daxil olarsa, ölkə risk vəziyyətinə düşə bilər.

Türkiyənin Rusiyadakı keçmiş səfiri və NATO-nun keçmiş baş katibinin müavini Hüseyn Diriyöz Alyans gəmilərinin Qara dənizdə taxıl gəmilərini müşayiət etməsi ideyasının reallaşmasını çətin hesab edir:

"ABŞ prezidenti Co Bayden bu yaxınlarda bildirib ki, Rusiya ilə münaqişədə olan ölkəni Alyansa qəbul etmək və vəziyyəti NATO-Rusiya münaqişəsinə çevirmək istəmir. Ona görə də bu ideyanın çoxlu tərəfdarlarının olacağını düşünmürəm".

O əlavə edib ki, NATO üzvlüyünə əlavə olaraq, Türkiyə Montrö Konvensiyası vasitəsilə Qara dənizə çıxış rejimini həyata keçirən ölkə kimi bu məsələdə ehtiyatlı davranmağa davam etməlidir:

"Montrö ciddi şəkildə yerinə yetirilməlidir. Taxıl sövdələşməsi BMT-nin rəhbərliyi altında həyata keçirilib və BMT belə deeskalasiya addımlarının mərkəzində olmaqda davam etməlidir. NATO-nun mandatı Alyans ölkələrini qorumaqdır".

Qeyd edək ki, Montrö Konvensiyası 1936-cı ildə qəbul edilib. O, sülh və müharibə dövründə ticarət gəmiləri üçün boğazlarda hərəkət azadlığını qoruyur, lakin müxtəlif naviqasiya rejimləri yaradır. Eyni zamanda, sənəd Qara dənizə aid olmayan dövlətlərin hərbi gəmilərinin bu dənizdə qalmasını üç həftə ilə məhdudlaşdırır. Fövqəladə hallarda Türkiyə ordusunun Boğaziçi və Çanaqqala boğazından keçməsini qadağan edə və ya məhdudlaşdıra bilər. Razılaşmaya əsasən, Ankara boğazlardan keçən gəmilərdən mayak, təxliyə və tibbi xidmət üçün ödəniş almaq hüququna malikdir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Coratda dənizdə batan gəncin meyiti tapılıb - Yenilənib

Ən çox oxunanalar