Cümə axşamı, 29 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mayın 1-də Gürcüstanla quru sərhədləri açılacaq?

Azərbaycanın Gürcüstanla quru sərhədlərinin açılacağı barədə xəbərlər yayılıb. Gürcüstan mətbuatında yer alan məlumata görə, may ayının 1-dən Azərbaycan-Gürcüstan arasında quru sərhədinin açılması planlaşdırır. Lakin Azərbaycan tərəfi bununla bağlı hər hansı rəsmi mövqe ortaya qoymayıb.

Sərhədlərin açılması haqda Modern.az-a danışan Milli Məclisin deputatı Rüfət Quliyev iddiaların reallığı əks etdirmədiyini söyləyib. Onun sözlərinə görə, quru sərhədlərin açılmasına dair Nazirlər Kabineti yanında Operativ Qərargah hər hansı qərar verməyib:

"Bu barədə məlumatı yalnız Operativ Qərargah verə bilər. Yəni bu məsələ onların səlahiyyətindədir. Azərbaycanda rəsmi olaraq belə bir məlumat yayılmayıbsa, Operativ Qərargahın qərarını gözləməliyik".

Deputat hesab edir ki, sərhədlərin açılması məsələsinə başqa prizmadan baxmaq lazımdır:

"Bu, milli təhlükəsizliklə, yəni millətin sağlamlığı ilə əlaqədar olan məsələdir. Buna bir qədər başqa formada baxmalıyıq. Biz pandemiyanın yaratdığı problemi kökündən həll edə bildik. Amma quru sərhədləri açılsa, bunun nəticələri necə olacaq, onu deyə bilmərik. Bunu ən yaxşı Opertaiv Qərargah bilə bilər. Ona görə də, səbirli olub, gözləmək lazımdır".

Qeyd edək ki, Azərbaycan-Gürcüstan quru sərhədi 3 ildir koronavirus pandemiyası səbəbindən bağlıdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Prezident və Birinci xanım “Sea Breeze”də LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər - Yenilənib

Olimpiya mükafatçısı Azərbaycan Prezidenti və xalqından üzr istəyib

Durovun həbsi Fransaya baha başa gəldi: 17 milyard dollarlıq müqavilə donduruldu

Ziya Məmmədov vətəndaşın torpağını əlindən alıb – Şikayət

“Dünyanın sonu yaxınlaşır” - Qiyamətdən salamat çıxacaq o ölkəyə sığınmağa başladılar

“Veysəloğlu” ölkədən böyük pul çıxarıb – Hüquqşünas rəyi

"Qarabağ" "Dinamo Zaqreb"ə məğlub oldu: Çempionlar Liqasında mübarizəni dayandırdı - Yenilənib

Fəzail İbrahimlinin Masallıda daha bir coşqulu görüşü keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay